Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 17:34:00
Sertifikasiyanın son günü: anasını gözləyən uşaq, müəlliminə sürpriz edən şagirdlər... – REPORTAJ

Bu gün, sertifikasiya imtahanlarının 5-ci günündə Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan verdilər.

 

AzEdu.az-ın əməkdaşları müəllimlərin təəssüratlarını öyrənmək məqsədilə sertifikasiyanın keçirildiyi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində olub.

Müəllimlərin imtahan prosesi və sualların çətinlik səviyyəsi ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik. 

 

Açıklama yok.

 

Türkan qəsəbəsi 262 nömrəli tam orta məktəbin müəllimi Günel Məhərrəmova sertifikasiyadan 54 bal toplamışdl. O, sevincini bizimlə də bölüşdü:

"Düzü, hazırlaşa bilməmişdim. Ancaq hazırlaşan üçün yazıla biləcək suallar idi. İmtahan çox şəffaf keçdi. Ümumən təəssüratlarım yaxşıdır”.

 

Açıklama yok.

 

Pirallahı məktəbinin müəllimi Şabanova qeyd etdi ki, özünə, sağlam mühitə inanır:

"Əminəm ki, düşündüyümüz balı da yığacağıq. Bütün müəllimlərə, filoloqlara uğurlar arzulayam”.

 

Açıklama yok.

 

114 nömrəli məktəbin müəllimi Təranə Ağayeva 52 bal yığmışdı:

"Rahat suallar idi. Daha çox toplaya bilərdim. Yəqin ki, həyəcan mane oldu. Hər kəsə uğurlar arzu edirəm”.

 

Açıklama yok.

 

Orada olduğumuz müddətdə hətta təqdir olunası bir halla da qarşılaşdıq. Şəhla Zeynalova adlı müəllim biri ayağı sındığına görə, qoltuqağacı ilə gəlmişdi. Onun da münasibətini öyrəndik: 

“İmtahan çox yaxşı keçdi. Suallar asan idi. Yaxşı bal topladığımı düşünürəm. Düzdür, mənim üçün bir qədər çətin oldu. Sınıq ayaqla hərəkət etmək, oturmaq çətinlik yaratdı, ancaq hər şey yaxşı oldu. Çox sevincliyəm”.

 

Açıklama yok.

 

Çalışdığı məktəbin adını gizli saxlayan Elçin Manafov düşünür ki, imtahan qaydasında keçib:


"Suallar yaxşı idi. 51 bal topladım. Açığı, özümdən razı qalmadım. Hədəfim 60 idi, ancaq imtahandır, həyəcan olur. Hər kəsə uğurlar arzulayıram”.

 

Açıklama yok.

 

Digər müəllim Rəna Nəcəfova da imtahan prosesi və suallardan razı idi: "Yaxşı suallar idi. Suallar əvvəlcə daha asan gəlir. Ancaq metodikadan səhvlərim çox çıxdı. Oxumaq lazımdır. Demək istəyirəm ki, imtahan çox yaxşı təşkil olunmuşdu, sakitlik idi. Nəzarətçilər də çox mehriban idilər”. 


Açıklama yok.

 

197 saylı tam orta məktəbin müəllimi Asif Abbaslı qazandığı nəticədən narazılıq etdi:

"Heç xoş olmadı. 60 bal gözləyirdim, 50 bal toplamışam. 35%-ə düşsəm təssüratlarım xoş olardı”.

 

Havanın temperaturunun olduqca yüksək olmasına baxmayaraq, imtahan verən müəllimləri gözləyən şəxslər də az deyildi. Onlar arasında ailə üzvlərini gözləyənlərlə yanaşı, hətta müəllimini dəstəkləmək üçün gələnlər də var idi.

 

Açıklama yok.

 

9 yaşlı Aynur: “Anamı gözləyirəm. Bura ailəmizlə birlikdə gəlmişik. Anam çox çalışıb. Hamımız ondan yaxşı nəticə gözləyirik”.

 

Açıklama yok.

 

228 nömrəli məktəbin şagirdləri Zeynəb Paşazadə və Gülnaz Məmmədova müəllimlərini dəstəkləməyə gəlmişdilər: ”Qaradağ rayonunda təhsil alırıq. Müəllimimizə görə gəlmişik. Onun xəbəri yoxdur. Sürpriz edəcəyik. Yüksək nəticə gözləyirik”.

 

Açıklama yok.

 

50 bal yığan Arzu Quliyeva kurikulumla bağlı sualları yaza bilməmişdi:

 

”İxtisas suallarını yaxşı yazmışam. Şikayətim də yoxdur. Ancaq kurikulumla bağlı sualalrı cavablarım  səhv çıxdı. Hazırlaşmışdım, ancaq alınmadı. Düzü, vaxtım da çatmadı. 35%-ə düşmürəm, deyəsən. Ancaq bu, məni o qədər də narahat etmir”. 

 

Söhbətləşdiyimiz bir sıra müəllimlər imtahanda düşən mətnlərin və ümumilikdə metodika suallarının çətinliyindən şikayətlənirdilər. 


Beləcə, sertifikasiya imtahanları ilə bağlı müşahidələrimizi yekunlaşdırdıq. Qarşıda müəllimləri sertifikasiyanın digər həyəcanlı məqamı - müsahibə mərhələsi gözləyir... Uğurlar, hörmətli təhsil işçiləri!

 

Fotolar: Firuzə Əliyeva