Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 15:42:00
Gəncə-Daşkəsənin ən yüksək bal toplayan müəllimi - 57 bal

Bu gün müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsinin 5-ci günüdür.


AzEdu.az xəbər verir ki, iyunun 24-də bölgələrdə Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, birinci seansın ən yüksək nəticəsi 57 bal olub. 

 

Bu nəticəni Gəncə şəhər Fizika riyaziyyat və informatika təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Babayeva qazanıb.

 

Təbrik edirik!