Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 12:57:35
Sertifikatlaşmış müəllimlərin diqqətinə: artımlar bu aydan olacaq  

 

“Sertifikatlaşdırmanın ikinci hissəsi müsahibə mərhələsidir. Bu asan mərhələdir”.

 


AzEdu.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.

 

Onun sözlərinə görə, ötən il müsahibə mərhələsində iştirak etmiş müəllimlərin 99 faizi bu prosesi uğurla tamamlayıb:

 

“Uğur qazana bilməyən müəllimlərin sayı 1 faizdən aşağıdır”.

 

Mərkəz direktoru diqqətə çatdırıb ki, avqustun sonu və sentyabrın ayı da daxil olmaqla müsahibələr təşkil olunacaq. Ötən il olduğu kimi, müəllimlər onlara ən yaxın bölgələrdə təşkil olunmuş mıərkəzlərə yaxınlaşıb, kompüter qarşısına əyləşərək, imtahanlarını versinlər. Komissiya üzvləri də ölkənin müxtəlif bölgələrindən olan şəxslər olacaq. Onlar da onlayn qaydada qatılacaqlar. Məllimlərimiz müsahibə mərhələsini 12-15 dəqiqə ərzində tamamlaya bilirlər. Bütün müsahibələr qeydə alınır. Kimin müraciəti, şikayəti olarsa, baxılacaq. Müəllimləri narahat edən məqamların araşdırılmasına hazırıq”.

 

 

N.İsmayılbəyli onu da əlavə edib ki, sertifikatlaşan müəllimin həm test, həm də müsahibədən keçməsi mütləqdir:

 

“Amma əmək haqqına təsir edən məqam məhz test imtahanında toplanılan nəticədir. Çalışırıq ki, sentyabrın sonunda sertifikatlaşmış müəllimlərimiz əmək haqlarını artımla alsınlar”.