Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 09:55:56
DİM-də təlim: “Dövlət qulluqçularının etik davranış qaydaları

23 iyun 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 19 əməkdaşı iştirak edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti və etik davranış qaydalarının tətbiqi məsələləri barədə iştirakçılara məlumat verilib. Təlimin sonunda dövlət qulluğunda etik davranış qaydaları mövzusunda veril'n suallar cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcək.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 3105316 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.