Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 16:20:00
Ana-bala qətli!- Çox namus-namus deyirsiniz, bəylər, amma...  

 “...Cinayət bir çözüm deyil”

 

 

“Bizim “namus damarımız” inkişafdan daha çox təsirlənir, nəinki ədəbdən”

 

 

“Ona görə də “evlənsin, düzələcək” “diaqnozları” aradan qaldırılmalı və hadisələrə daha professional mövqedən baxılmalıdır ki, nəticələr dəyişə bilsin”

 

 

“Tələbə ana və 8 aylıq körpəsinin qətlə yetirilməsi “erkən nikah” kimi yox, “qeyri-adekvat şəxslərin nikaha cəlb olunması-məcbur edilməsi” problemi kimi aktuallaşdırmağı daha uyğun görərdim”.

 

 

Bu sözləri psixoloq Əfsanə Rüstəmova 20 iyun tarixində baş vermiş Bakı Dövlət Universitetinin tələbəsi olan Leyla Hüseynli və övladının həyat yoldaşı tərəfinən amansızca qətl edilməsi barədə AzEdu.az-a açıqlamasında deyib:

 

 

“Hadisənin bizə təqdim olunan tərəfindəki şəxslərdən biri-qadın özünü inkişaf etdirmək, cəmiyyətə faydalı olmaq, təhsilli qadın olmaq, övladına nələrsə öyrədə bilmək üçün təhsil alan bir qızdır. Onun öz inkişafını düşünərək həyatını, təhsil və ailə həyatını paralel aparması qarşısındakı kişi olan tərəfi qıcıqlandırıb. Uğurlu və özünü inkişaf etdirən bir qadının yanında və ya arxasında dayanmağı hər kişi bacarmır. Təəssüf ki, bu, bir mental həqiqətdir ki, bizim cəmiyyətin yetişdirdiyi kişi öz ayağı üzərində duran qadını sevə və ya qəbul edə bilmir. Bizim “namus damarımız” inkişafdan daha çox təsirlənir, nəinki ədəbdən.

 

Məsələnin təfərrüatını bilmədən hadisəyə şərh verməyi doğru hesab etmirəm. Amma mediaya göstərilən qədəri azyaşlı südəmər körpənin də ölümüylə başa çatan hadisədə “namus” motivi axtarılmamalıdır. “Allah bilir nə baş verib ki, kişi yazıq bu hala gəlib?!” ssenarisi bu situasiyaya uymur. Burada daha çox öz komplekslərindən qurtula bilməmiş, natamam şəxsin özünüinkişaf yerinə inkişaf edəni aradan qaldıraraq üstə çıxması kimi görünür.

 

Biz bu və buna bənzər hadisələr haqqında danışarkən mütləq vurğulamalıyıq ki, səbəb hər nə olursa-olsun, cinayət bir çözüm ola bilməz”.

 

Açıklama yok. 

 

Psixoloq məsələni “Sərhədlərini bilməyən bir kişi həddini aşdı!”,-deyə şərh edib:

 

 

“Bizlər evlənəndə, ailə quranda mütləq sərhədlərimizi və həddimizi bilməliyik. Hara qədərinə və nələrə müdaxilə edə bilərəm, nələrdə isə müdaxilə haqqım yoxdur və sadəcə qərar verməliyəm, davam edə bilərəm ya yox?!

 

Əminəm ki, ya da sadəcə inanmaq istəyirəm ki, heç kəs övladı ilə bağlı bu cür hadisənin baş verməsini istəməz. Nə ölənlə empatiya qurmaq asandır, nə öldürənlə.. Ona görə də “evlənsin, düzələcək” “diaqnozları” aradan qaldırılmalı və hadisələrə daha professional mövqedən baxılmalıdır ki, nəticələr dəyişə bilsin.

 

Situasiyaların bu mərhələyə gəlməməsi üçün ailə konsultasiyaları vacib bir ehtiyacdır”.

 

 

Xatırladaq ki, dəhşətli hadisə 20 iyun tarixində Hökməli qəsəbəsində baş verib. 30 yaşlı Fərid Hüseynli bıçaqla həyat yoldaşı 2003-cü il təvəllüdlü Leyla Hüseynliyə bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib. Xəstəxanadan verilən məlumata görə, Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

 

 

Fərid Hüseynlinin qonşuları isə bildirib ki 2008-ci ildən orada yaşayan ailə çox tərbiyəli və mehriban olub:

 

 

"Fərid çox tərbiyəli oğlan idi. Elə ailəsi də. 2008-ci ildən burada yaşayırlar. Çox mehriban ailə idilər. Heç vaxt Fəriddən də, ailəsindən də səhv hərəkət görməmişik.  Fərid taksi fəaliyyəti ilə məşğul olurdu İşə gedib evə gəlirdi. Nə pis vərdişi var idi, nə də ki psixoloji problemi. Eşidəndə heç inanmadıq ki, bu ailədə belə hadisə baş verər. Çünki çox yaxşı ailə olub. Qətlin niyə törədildiyini bilmirik. Qızı da heç vaxt küçədə-bayırda görmürdük. Fərid komadadır, oyansa, hər şey aydın olacaq. Heç bir ata övladını öldürməz, hər şey üzə çıxacaq".