Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 15:17:00
Müəllimdən MARAQLI ADDIM - "Maaşım artır" 

Bu gün sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin dördüncü günüdür.

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata əsasən, Gədəbəy rayonu Samanlıq kənd orta məktəbin ibtidai sinif müəllimi Günel Allahverən qızı Kamanzadə 56 bal toplayıb.

 

 

Maraqlı davranış sərgiləyən müəllim "maaşım artır" pankartı ilə foto çəkdirərək, paylaşıb. 

 

Qeyd edək ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20 minə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.