Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 14:37:00
Mərkəzi Aran bölgəsinin ən çox bal yığan abituriyentləri - ADLAR

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 may tarixlərində II və III, 3 və 4 iyun tarixlərində isə I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının 1-ci cəhdini keçirib.  


Bütün qruplar üzrə qəbul imtahanlarının 1-ci cəhdinin  nəticələri artıq ictimaiyyətə açıqlanıb.   

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanlarda I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Nəzərov Cavid Mehman oğluna məxsusdur. 


II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni Naxçıvan MR Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu Cəfərli Mikayıl Kamran oğlu göstərib. Onun ümumi balı 690.7-dir.

 

III qrup üzrə ən yüksək nəticəni Bakıdakı S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu Səlimova Aysel Anar qızı göstərib. O, hər iki mərhələnin cəminə görə 679,3 bal toplayıb.


IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Məryəm Mahmudzadə göstərib. 

 

Bəs Regional Təhsil İdarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir? 

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.


Araşdırmanın nəticəsi olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi Mingəçevir, Zərdab, Ağdaş, Yevlax, Kürdəmir, Göyçay Ucar rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.   


Mərkəzi Aran Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, sözügedən region üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyent 680 bal toplayıb. 

 No description available.

Bu, Ağdaş rayonu M.Şeyxzadə adına THT təmayüllü gimnaziyanın XI sinif məzunu Əzizli Mələkxanım İlqar qızıdır. Mələxanım III qrup üzrə sənəd verib.

 

***

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər abituriyentləri də təqdim edirik:


No description available. 

Mingəçevir şəhəri Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyinin XI sinif şagirdi Zeynallı Sənani Nizami oğlu - I ixtisas qrupu üzrə - 673,3 bal


***

No description available.

Zərdab rayonu
 H.Zərdabi adına şəhər 1 nömrəli məktəb-liseyinin XI sinif şagirdi Abdullayev Rüfət Daşqın oğlu - II qrup üzrə- 586 bal. Əlavə olaraq onu da qeyd edək ki, Rüfət, IX və X siniflərdə respublika fənn olimpiadasının bürünc medalını qazanıb.

 
***

No description available.

Yevlax rayonu S.Vurğun adına şəhər 5 nömrəli tam orta məktəbinin XI sinif məzunu Arifli Nilgün Səbuhi qızı - I qrup üzrə - 622 bal.

 
***

No description available.

Kürdəmir rayonu
 M.Ə.Rəsulzadə adına şəhər 2 nömrəli məktəb-liseyinin 11-ci sinif şagirdi Nuriyeva Aynurə Samir qızı - I qrup üzrə- 669 bal.
 

***

No description available.

Göyçay rayonu
 Nizami adına şəhər 7 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Xudaverdiyev Qüdrət Azər oğlu - IV qrup üzrə-627 bal.

 
***

No description available.

Ucar rayonu 
şəhər 4 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əliyev Firdovsi Rəşid oğlu - III qrup üzrə - 637 bal.