Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-23 11:18:15
Hansı ixtisaslar 4-ildən 3 ilə endirilə bilər? - AÇIQLANDI  

 

Məzahir Məmmədli: “Bəzi humanitar ixtisaslar var ki, onların proqramını 3 ilə əhatə etmək olar”

 

 

 

Ötənlərdə Elm və təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrində bəzi ixtisasların tədris ilini azaltmaqla bağlı açıqlama verib.

 

Nazir bildirib ki, hazırda ali təhsil müəssisələrində bəzi ixtisasları 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlayıblar:

 

“Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox? Bu uyğunlaşmaya getsək, müddətlərin qısaldılması mümkündür".

 

Bəs ali məktəblərdə bu proses nə zaman və hansı ixtisaslarda tədbiq oluna bilər?

 

Aucune description de photo disponible.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil üzrə mütəxəssis Məzahir Məmmədli ali təhsil ocaqlarında tədris ilinin azaldılması üçün ilk növbədə maddi-texniki baza yaratmağın vacib olduğunu söyləyib:

 

“Düşünürəm ki, elm və təhsil naziri E.Əmrullayevin bu təşəbbüsü bir az tələsik addımdır. Çünki əvvəlcə Azərbaycanda ali təhsil müssisələrinin maddi-texniki bazasını elə bir səviyyəyə çatdırmaq lazımdır ki, sözügedən prosesi həyata keçirə bilək. Düzdür, bəzi humanitar ixtisaslar var ki, onların proqramını 3 ilə əhatə etmək olar. Amma ümumilikdə bunun üçün baza, şərait, mühit olmalıdır. 3 il ərzində tələbələr keçdikləri fənləri mənimsəyə biləcəklərmi, növbəti mərhələyə elmli, bilikli mütəxəssis kimi çıxa biləcəklərmi deyə düşünməliyik. Bunların hamısı sual doğurur. Hesab edirəm ki, bu qərarın tədbiq olunması üçün bir qədər zamana ehtiyac var”.

 

 

M.Məmmədli hansı ixtisaslarda bunun tətbiq oluna bilməyəcəyindən də söz açıb:

 

 

“Hansı ixtisasların 3 ilə endirilməsi məsələsinə gəldikdə isə, yəqin ki, Elm və Təhsil Nazirliyi bunun üçün bəzi meyarlar müəyyənləşdirəcək. Ümumilikdə elmin sahələrinə baxdıqda görərik ki, bu proses texniki fənlər üçün mümkün olmayacaq. Qeyd etdiyim kimi, humanitar sahələrdə tədrisi 4 ildən 3 ilə endirmək mümkündür. Bunun üçün mütəxəssisləri hazırlayan müəllim heyəti də yüksək səviyyədə hazırlanmalıdır ki, qərar özünü doğrultsun”.