Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 14:54:00
Yaşı 60-dan çox olan müəllimlərin sertifikasiyası olacaq - Nazirlik CAVAB VERDİ

Elm və Təhsil Nazirliyi sentyabrın 15-dək 60 yaşı tamam olan, həmçinin yaşı 60-dan yuxarı olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakını “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklər qüvvəyə minənədək ləğv edib.

 

Sözügedən müəllimlər bu qərar təsdiq olunduqdan sonra sertifikasiya imtahanında könüllü şəkildə iştirak edə biləcəklər.

 

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva bildirib ki, həmin müəllimlər üçün ayrıca imtahan qrafiki hazırlanacaq.

 

Bəs yaşı 60 və 60-dan yuxarı olan müəllimlər üçün sözügedən imtahan qrafiki nə zaman hazırlanacaq? 

 

AzEdu.az bu sualla Elm və Təhsil Nazirliyinə müraciət edib.

 

Nazirlikdən bildirilib ki, yaşı 60 və 60-dan yuxarı olan təhsilverənlərin qanunvericiliyin tələblərinə müvafiq olaraq sertifikatlaşdırma prosesində iştirakı ilə bağlı yaxın müddətdə ətraflı məlumat veriləcək.