Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-21 16:59:11
DİM musiqi sənəti üzrə imtahan verəcək şəxslərə müraciət edib

2023/2024-cü tədris ili üçün Musiqi sənəti istiqaməti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib konsertmeysterin buraxılış vərəqəsini çap edib imtahan binasına gələ bilərlər.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, konsertmeysterlərin nəzərinə çatdırırıq ki, müşayiət edəcəyi abituriyentin imtahana buraxılış vərəqəsi çıxdıqdan sonra onlar özləri üçün buraxılış vərəqəsi çap edə bilərlər. Bir konsertmeyster bir gün ərzində maksimum altı abituriyenti müşayiət edə bilər.

 

Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// linkinə daxil olub şəxsi kabinet açmalıdırlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ daxil olub şəxsi kabinetin istifadəçi adı və parolu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra ``əlavə et`` düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib ``Axtar`` düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla`` düyməsini basıb məlumatları yadda saxlamaq və çap et düyməsini basaraq buraxılış vərəqəsini çap etmek lazımdır.