Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 18:25:00
IV qrupda ən yüksək balı o topladı: “Şokdayam!”

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

AzEdu.az xəbər verir ki, ümumi nəticəsi 686 bal olan Məryəm Mahmudzadə IV qrupun 1-cisidir.

O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb.


Məryəm Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur. 

 

AzEdu.az Məryəmin imtahan təəssüratlarını təqdim edir.

     

     - Məryəm, IV qrup üzrə qəbul imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

    - Şokdayam. Nəticəmi hələ indi öyrəndim. Daha sonra uşaqlar yazdılar. Yüksək bal topladığımı bildirdilər. Sözün açığı, imtahanda çətinlik çəkmədim. Sadəcə olaraq fizikada diqqətsizlik göstərdim. Bəzi situasiya suallarında yanlışlığa yol verdim. Bu da balımın kəsilməsinə səbəb oldu.

     

    - Təhsilinə hansı universitetdə davam etdirəcəyinə qərar vermisən?

     

     - Xaricdə təhsil alıb-almamaqla bağlı hələ dəqiq qərar verməmişəm. Tibb Universitetinin müalicə işi ixtisasında təhsil almaq istəyirəm. Yaxın günlərdə ailəmlə birlikdə qərar verəcəyəm.