Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 18:01:00
I qrupda 400 bal toplayan abituriyent: “Bu nəticəni gözləyirdim!”

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) toplayan 2 nəfərdən biri də Bakı şəhərindəki 147 saylı Texniki-humanitar təmayüllü liseyin məzunu Hüseyn Saud Vasif oğludur.

 

AzEdu.az saytı Saudla əlaqə saxlayaraq, onun təəssüratlarını öyrənib.

 

- Saud, I qrup üzrə qəbul imtahanından respublika üzrə ən yüksək nəticəni sən toplamısan. Hansı hissləri keçirirsən?

 

 - Bu nəticəni gözləyirdim. İmtahandan çıxan kimi bildim ki, 400 balı toplamışam. Özüm də cavablarımı yoxlamışdım, hamısı düz idi. Özümə söz vermişdim ki, birincidən 400 balı toplamalıyam.

 

 - İmtahanın çətinlik dərəcəsi necə idi?

 

 

 - Çətinlik çəkdiyim fənn yox idi. Mənə görə hamısı asan idi. Elə sualları görən kimi bildim ki, hamısını düzgün cavablandıracağam.

 

 

- Ali təhsilini hansı universitetdə davam etdirəcəyini seçmisən?

 

- Kimya mühəndisliyi ixtisası üzrə təhsil almaq istəyirəm. Hələ ki fikrim Bakı Ali Neft Məktəbidir. Tam qərar verə bilməmişəm. Təhsilimi xaricdə davam etdirmək niyyətindəyəm. Qismət olsa, Avropa ölkələri və ya Türkiyədə bakalavr təhsili almaq istəyirəm.