Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 16:48:00
Bakıda 2072 müəllim sertifikatlaşdırmaya cəlb olunub - RƏSMİ

İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

 

AzEdu.az xəbər verir ki, sertifikatlaşdırma prosesinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri də müəllimləri cəlb edilib.

 

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə (20-24 iyun 2023-cü il tarixlərində) BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 2072 təhsilverən (1596 Azərbaycan dili və ədəbiyyat müəllimi, 476 ibtidai sinif müəllimi) dəvət olunub.

 

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir. 

 

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.