Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 16:02:10
Müəllimlər sertifikasiya imtahanından danışdılar: “Bu səhvlər olmamalı idi” - FOTOREPORTAJ

İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 

Sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunur. 

 

AzEdu.az müəllimlərin təəssüratlarını öyrənmək üçün sertifikasiyanın keçirildiyi Yasamal rayonu 161 nömrəli tam orta məktəbdə olub. Müəllimlərin imtahan prosesi və sualların çətinlik səviyyəsi ilə bağlı fikirlərini oxucularımıza təqdim edirik. 

 

Qeyd edək ki, ilkin növbə üçün ən çox 59 bal göstərici olduğu məlumdur. Həmin müəllim Şəki rayonu çeşməli kənd tam orta məktəbin müəllimi Bəkirova Aygün Kərəm qızı olub.  

 

 No description available.

 

Ağdam rayon 33 saylı tam orta məktəbin ibtidai sinif müəllimi  Bənövşə Qasımova bildirdi ki, imtahan düşündüyündən daha asan olub: "Elə də çətinlik çəkdiyim sual olmadı”.

 

No description available.

 

57 bal toplayan 89 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Gültac Ələsgərova vurğuladı ki, etdiyi yanlışlara nəzər yetirib:

"Əslində bu səhvlər olmamalı idi. Maksimum nəticə gözləyirdim, olmadı, yığa bilmədim. Buna rəğmən 57 bal da sevindirici nəticədir ”.

 No description available.

53 bal yığan Ağdam rayon 33 saylı tam orta məktəbin müəllimi Hacıyeva Turac Nurəddin qızı diqqətə çatdırdı ki, əziyyət çəkib hazırlaşan müəllim üçün suallar yaxşı idi:

"Mən əsasən keçidi keçməyi hədəfləyirdim və bacardım. Ancaq keçdiyimiz şeylər idi. 1 ay müddətində hazırlaşdım. Son 1 ayı ancaq öz üzərimdə işlədim və bu nəticəni əldə etdim”.

 No description available.

Adının çəkilməsini istəməyən müəllim hesab edir ki, sualların səviyyəsi orta idi:

"Orta qiymətləndirə biləcəyim suallar da var idi. Ən çox kurikulumdan çətinlik çəkdim. Ancaq nəticəm məni qane etdi”.

 No description available.

 

263 saylı məktəbin 56 bal toplamış müəlliminin də təəssüratları müsbətdir:

"Çox rahat keçdi. Müəllimlərə tövsiyəm ondan ibarətdir ki, qorxmasınlar. Bacardıqları qədər həyəcanlanmasınlar”.

No description available.

 

Çalışdığı təhsil müəssisəsi və topladığı balı açıqlamayan müəllim- Natəvan Cəlilova da imtahanın təşkilindən razıdır:

 

"Yaxşı keçdi. Suallar normal idi. Həddindən artıq həyəcanlı idim. Yaddaşımın itmədiyinə şükür edirəm”. (Gülür)

 

Qeyd edək ki, bunlar birinci imtahan növbəsində iştirak edən müəllimlərin nəticələridir.