Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 16:06:00
Sertifikasiyada yüksək bal toplayan müəllim: “İlk suala baxanda əlim titrəyirdi”

Sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin ilk günündə birinci seans başa çatıb.

 

AzEdu.az xəbər verir ki, ilk günün birinci imtahan seansının yüksək nəticə göstərən müəllimlərindən biri də Rumilla Süleymanovadır.

 

Bərdə rayonu Samux kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyən Rumilla Süleymanova sertifikasiya imtahnından 56 bal toplayıb.

 

Qarabağ Regional Təhsil İdarəsi tabeliyindəki məktəbin müəllimi ilə əlaqə saxlayıb təəssüratlarını öyrəndik:

 

Rumilla müəllimə, imtahan necə keçdi?

 

 -  İmtahanda Azərbaycan dilindən suallar çətin salınmamışdı, kurrikulumdan situasiya tipli suallar vardı ki, onları da məntiqlə tapmaq olurdu. İxtisasını bilən müəllim ən azı keçid balını toplamalı idi.

 

- Nə qədər vaxt idi ki, imtahana hazırlaşırdınız?

 

 - Mən öz biliyimə güvənirdim. Heç bir müəllimlə, ya da kursla hazırlaşmamışam. Sadəcə, 4-5 ay müddətində vaxtım olduqca, özüm testlər işləmişəm.

 

 - Həyəcanlı idiniz?

 

 - İmtahanda yox, amma zala daxil olana qədər gözləmə müddətində bir az həyəcanlandım. İlk suala baxanda əlim titrəyirdi, ancaq sonra keçdi.