Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 14:34:00
Yüksək bal toplayan müəllimdən həmkarlarına vacib TÖVSİYƏ
Sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsinin ilk günündə birinci seans başa çatıb.
 
 
Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, ilk günün birinci seansının ən yüksək nəticəsi 57 bal olub.
 
 
Bu nəticəyə nail olan şəxs Ağstafa rayon Qaçaq Kərəm kənd tam orta məktəbin ibtidai sinif müəllimi Əsgərova Rəna Zakir qızıdır.

Onun sertifikatlaşdırılma prosesinin test imtahan mərhələsi haqqında qısa təəssüratını təqdim edirik:
 
 
"57 bal toplamışam, amma daha yüksək də ola bilərdi. Təbii ki, burada həyəcanım böyük rol oynadı. Ona görə də bütün müəllimlərə töviyə edirəm ki, həyəcanlanmasınlar".