Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 13:13:00
Müəllimlərin sertifikasiya imtahanından maraqlı görüntülər - FOTOSESSİYA

İyunun 20-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. 

AzEdu.az xəbər verir ki, sertifikatlaşdırmanın ilk mərhələsi ölkənin 13 müxtəlif şəhəri üzrə 23 imtahan mərkəzində təşkil olunur. 

20-23 iyun tarixlərində 20 000-ə yaxın təhsilverən ibtidai sinif, 24 iyun tarixində 8 500-dən çox müəllim Azərbaycan dili və ədəbiyyat üzrə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə cəlb olunacaq. 

Ümumilikdə sertifikatlaşdırmanın test imtahanı mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.

Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. 

Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. 


AzEdu.az Yasamal rayonundakı 161 nömrəli tam orta məktəbdə təşkil olunmuş imtahandan maraqlı görüntüləri təqdim edir:


No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.


A.Qorxmaz