Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 12:20:00
Regionlarda neçə müəllim sertifikasiyada iştirak edir? - SİYAHI

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə start verilib.

 

20-23 iyun tarixlərində ölkə üzrə 20000-ə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.



Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub. 


 
Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək. 

 

Bəs Regional Təhsil idarələri üzrə neçə müəllim sertifikasiya imtahanında iştirak edir?


AzEdu.az
 saytı regionlarla bağlı statistikanı təqdim edir:

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 838 nəfər ibtidai sinif və 637 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, ümumilikdə 1475 nəfər sertifikasiya imtahanına dəvət olunub.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə 2296 nəfər ibtidai sinif və 636 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, cəmi 2932 nəfərin prosesdə iştirakı nəzərdə tutulub.

 

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1656 nəfər ibtidai sinif, 532 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla ümumilikdə 2188 nəfər müəllim sertifikasiya prosesinin test imtahanı mərhələsinə cəlb edilib.

 

Bu prosesdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 2600 nəfərdən çox müəllimin iştirakı nəzərdə tutulur.

 

Şirvan -Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərndən ümumilikdə 1284 nəfər ibtidai sinif və 412 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, cəmi 1696 nəfər imtahana çağırılıb. 

 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən imtahanlara 45 ibtidai sinif, 488 Azərbaycan dili və ədəbiyyatı müəlliminin qatılacağı bildirilir.