Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 11:03:46
Müəllimlərin sertifikasiya imtahanından FOTOLAR

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə start verilib.

 

AzEdu.az xəbər verir ki, 20-23 iyun tarixlərində ölkə üzrə 20000-ə yaxın ibtidai sinif müəllimi, 24 iyun tarixində isə 8500-dən çox Azərbaycan dili və ədəbiyyat müəllimi sertifikasiyanın test imtahanı mərhələsinə cəlb olunacaq.

Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28000-dən çox təhsilverən dəvət olunub. 
 
Yaşı 60-dan yuxarı olan 5700-dən çox müəllim sertifikasiya imtahanında iştirak etməyəcək.

Qeyd edək ki, sertifikatlaşdırma iki mərhələdən - test və müsahibədən ibarətdir.
 

Test imtahanı mərhələsi 13 şəhər üzrə 23 mərkəzdə təşkil olunub.

 

Xatırladaq ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5624 təhsilverənin maaşına isə 10 faiz əlavə ödənilir.

 

AzEdu.az bugünkü imtahandan fotoları təqdim edir: