Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-20 11:10:00
“Brend tələbə”: “Yalnız təhsilə fokuslanmaq düzgün yanaşma deyil” - MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib.

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik.

 

Budəfəki müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Yaqub Əhmədovdur

 

- Öncə özünüzü oxuculara təqdim etmənizi istərdik...

Mən Yaqub Əhmədov, 18 yaşım var. 2021-ci ildə Mingəçevir şəhər 13 saylı tam orta məktəbi əla qiymətlərlə bitirib 580 balla Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasının dövlət sifarişli yerinə qəbul olunmuşam. Hazırda II kurs tələbəsiyəm və Elm və Təhsil Nazirliyi tərəfindən təsis olunan xüsusi, hazırlıqlı, savadlı və bacarıqlı tələbələr üçün yardılan SABAH qruplarında təhsil alıram. 

 

- Məlumdur ki, siz “Brend tələbə”lərdən birisiz. Bəs məktəb vaxtı da bu cür aktiv və seçilən şagird olmusuz?

Açıklama yok.


- Əlbəttə, məktəbimizdə həm təhsil cəhətdən, həm də əlavə məşğuliyyətlərdə aktiv olmağımla seçilmişəm. Bir çox layihələrdə iştirak edərək medallar və sertifikatlarla təltif olunmuşam. Məsələn, Respublika Fənn Olimpiadasında (RFO) Coğrafiya fənnindən gümüş medal (II yer) qazanaraq məktəbimizin şərəf kitabına imza atmışam. 

 

- Universitet seçimi zamanı ən çox nələrə diqqət etmişdiniz?


- Universitet seçimi zamanı daha çox təhsil səviyyəsi, məzunların əmək bazarında dəyəri, tələbələrin inkişafına yönəlik ödənişsiz məşğuliyyətlər olması faktorlarına diqqət etmişdim. Düşünürəm ki, verdiyim qərar məni yanıltmadı və UNEC tələbəsi olmaq bir şərəfdir. 

 

- Demək olar ki, hər bir uşağın xəyalında gələcəkdə çalışmaq istədiyi bir peşə olur. Sizin xəyalınızdakı peşə nə idi?

Açıklama yok.

 

- Uşaq yaşlarımdan iqtisadi və riyazi peşələrə marağım çox böyük idi. İllər keçdikcə orta məktəb dövründə keçdiyimiz bəzi fənlərin mənə maraq oyatmasını, əmək bazarındakı ixtisasların rolunu nəzərə alaraq, maliyyə ixtisasında təhsil almaq seçimim mənim üçün uğurlu karyeramın başlanğıcı oldu. 

 

- Bəs hazırda seçdiyiniz ixtisasdan məmnunsuz?

- Bəli, məmnunam. Bu ixtisası seçməyim həyatımda verdiyim ən yaxşı qərarlardan biridir. 

 

- Tələbəlik dövründə yaddaşınıza həkk olunan bir hadisə yaşamısız?

Açıklama yok.

Ümumiyyətlə, tələbəlik dövründə yaşadığım hər bir an yaddaşıma həkk olunur. Məsələn, akademik nailiyyətlərim nəticəsində UNEC-in ən yüksək 15 ÜOMG-ə sahib tələbələrə təsis etdiyi TOP15 təqaüdüylə təltif edilmişəm. Təbii ki, bu yolda biz tələbələrin əziyyəti ilə yanaşı, bizə dəstək olan müəllimlərimiz də vardır. UNEC SABAH mərkəzinin rəhbəri Aida xanım Quliyevaya da öz dərin təşəkkürlərimi bildirirəm ki, bizləri daim həvəsləndirməyi, aktiv şəkildə tələbəlik həyatı yaşamağımıza dəstək olmağı bu uğurlarımızı əldə etməyimizə kömək edən əsas faktorlardan biridir. 

 

- Ailənizlə yaşayırsız, yoxsa "tələbə evi"ndə?

- Ailəm Mingəçevirdə yaşadığına görə, təhsil səbəbi ilə bacımla birgə Bakıda "tələbə evi"ndə qalıram.

 

 - Bəs ehtiyaclarınızı necə qarşılayırsız?

- Ehtiyaclarımı daha çox akademik göstəricilərim nəticəsində əldə etdiyim təqaüd vasitəsilə qarşılayıram. Əlavə olaraq könüllülük təşkilatlarında sosial işlər sayəsində əldə etdiyim kiçik gəlirlər də ehtiyaclarımı qarşılamağa kömək edir. 

 

 - Şəxsi inkişaf üçün nələr edirsiz və yaşıdlarınıza bu barədə hansı tövsiyələri verə bilərsiz?

 

- Mən daim şəxsi inkişafıma diqqət yetirən biriyəm. Qarşıma çıxan təcrübə proqramlarına, könüllülük proqramlarına və s. müraciət edərək həm öz sahəmlə əlaqəli, həm də yumşaq bacarıqlarımı inkişaf etdirəcək proqramlara qatılıram. Bu barədə yaşıdlarıma onu deyə bilərəm ki, daim gələcəkləri üçün çalışsınlar. Düzdür, təhsil önəmli faktordur, amma yalnız təhsilə fokuslanmaq, məncə, düzgün yanaşma deyil. Daim sosial aktiv tələbə olmağa çalışsınlar, universitetlərinin və digər təşkilatların ödənişsiz şəkildə keçirdiyi təlim və seminarlarda iştirak edərək özlərini inkişaf etdirsinlər. 

 

 - Gələcək üçün hədəflərinizə nələr daxildir?

- Hazırki hədəfim bakalvr təhsilimi bitirdikdən sonra Amerika Birləşmiş Ştatlarında Massaçusests Texnologiya İnstitutunun master of finance (Mfin) proqramına tam təqaüdlü qəbul olunmaqdır. Bu hədəfim üçün öz sahəmdə ən azı 2 illik təcrübəyə yiyələnməyə; GRE, IELTS, ACCA və ya CFA (istiqamətimdən asılı olaraq) sertifikatlarından yüksək nəticə əldə etməyə çalışıram.