https://www.zirve.edu.az/
17.03.2018 11:57
Nobel mükafatından son anda məhrum edilən Azərbaycan alimləri

Nobel mükafatı bütün alimlərin arzusunda olduğu bir zirvədir. Elmin cəmi bir neçə sahəsindəki uğurlara görə təqdim olunmasına baxmayaraq, Nobel bütün alimlər üçün əsas dəyərə çevrilib.

Lakin mükafatın bəzən, siyasi və başqa rəngli don geydiyi vaxtlar da olub. Bu səbəbdən, ona həqiqətən haqqın çatan alimlər mükafatı ən son anda itiriblər. Onların arasında azərbaycanlılar da olub.

Beləliklə, AzEdu.az Nobel mükafatından son anda məhrum olunan, Azərbaycan alimlərini təqdim edir:

Əvvəlcə, tibb sahəsində uğur qazanmasına baxmayaraq, Nobel mükafatı əllərindən çıxan iki alim haqqında məlumat verək:

Mustafa Topçubaşov - “Analgezin”in yaradıcısı kimi böyük tibb alimi, professor  Mustafa Topçubaşovun adı Nobel Komitəsində tanınırdı. Lakin özü bu haqda 25 il sonra eşidir. 1972-ci ildə onun adına Stokholmdan xüsusi məktub gəlir. Nobel Komitəsi alimə müraciət edərək özü haqqındakı bütün məlumatları komitəyə çatdırmasını yazırdı. Topçubaşov da özü haqqında sənədləri toplayaraq komitəyə göndərir. Lakin bu dəfə bədxahların siyasəti öz işini görür. Ona görə də Nobel mükafatını Topçubaşova vermirlər. O, bu mükafatı köməkçisi olan cərrah Qəhrəman Qəhrəmanovla birgə almalı idi. Topçubaşovun bu mükafatı almasına ermənilər mane olur. O zaman SSRİ Səhiyyə Nazirliyində çoxlu erməni çalışırmış. Həmçinin onlar Nobel Komitəsinə də yol tapıblar. Burada siyasi məsələlər vardı. Amma Topçubaşov siyasətdən uzaq adam idi. Bəlkə onun üçün heç mükafatın da əhəmiyyəti yox idi. Müalicə edib həyata qaytardığı xəstələrin təşəkkürü onun üçün ən böyük mükafat idi.

Qəhrəman Qəhrəmanov:  Yuxarıda da adını çəkdiyimiz alim Azərbaycan neyrofizika və neyrokimya məktəbinin yaradıcısı hesab olunur.  Elə bu istiqamətləri dərindən araşdırmaq üçün laboratoriya quran Qəhrəmanov onları dünya standartlarına cavab verəcək   hala gətirir. Dünyanın bir çox ölkələrindən Nobel mükafatına layiq görülən alimlər bu laboratoriyada olan zaman heyrətə gəlirlər. Oranı İsveç Kral Akademiyasının Tibb İnstitutu ilə müqayisə edirlər.

Qəhrəman Qəhrəmanovun tibb elmindəki kəşfləri:

- Sinir lifləri arasında efpatik ötürməninin tədqiqi;

- Böyrək ifrazat funksiyasının öyrənilməsinin yeni   üsulu;

- Sidiyin axarlardan sidik kisəsinə tökülmə prosesinin tədqiqi;

- İntrakarotid inyeksiyası üsulununun kəşfi;

Yusif Məmmədəliyev – Bu böyük alimin, kimyaçının, yüksək oktanlı benzinin ixtiraçısının yüksək  elmi nailiyyətlərin yekununda  mütləq Nobel mükafatı gəlməli idi.  Moskva, Leninqrad, Novosibirsk və Bakı elmi dairələri Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyini təklif edirlər. Əslində, Nobel Komitəsinin tövsiyəsinə görə alimlər öz təkliflərini açıqlamamalı, heç bir yerdə müzakirə etməməlidirlər. Hətta namizədin özünün belə bundan xəbəri olmamalıdır. Lakin sovet rejimində bu qaydaya riayət etmək mümkün deyildi. Odur ki, həmin məsələ 1957-ci il dekabrın 29-da Sov.İKP MK Siyasi Bürosunun iclasına müzakirəyə çıxarılır. Baş katib Nikita Xruşşov, büro üzvləri və üzvlüyə namizədlər fikirlərini bildirdikdən sonra sənədlərin Nobel Komitəsinə təqdim olunması haqqında razılığa gəlirlər. Bu zaman qəfildən iclasa ünvanlanan bir məktub üzə çıxır. MK katibliyinin təqdim etdiyi məktubda sovet ordusunun arxa təchizat idarəsinin rəisi marşal Baqramyan, tank qoşunları komandanı general Babacanyan dövlət sirri və hərbi sirr olduğu üçün bu kəşfə dair məlumatın Stokholma göndərilməsini məsləhət görmürlər. Dövlət Təhlükəsizlik Komitəsinin sədri A.Şepilovun məktubda yazılanlara qəti etirazına baxmayaraq, A.Mikoyan çıxış edərək məktubun müəlliflərinə haqq qazandırır və onları dəstəkləyir.

Beləliklə, üç yüksək vəzifəli erməninin fitvası ilə Yusif Məmmədəliyevin Nobel mükafatına namizədliyinin irəli sürülməsi baş

Əli Cavan – Güney Azərbaycandan olan Əli Cavan dünyanın yaşayan dahiləri sırasında 12-ci pillədə qərarlaşıb. 1960-cı ildə Massaçusets Teхnоlоgiya İnstitutunda öz kəşfinin praktik tətbiqi ilə məşğul olur, fundamental tədqiqatlar aparır.

Əli Cavanın orijinal baxış tərzi, eləcə də ortaya daha  fundamental iş qoymaq üçün o qədər də tələsməməyə üstünlük verir. O, оptik tezliklərdə işləyən elektrоn cihazlarının hazırlanmasına yönələrək elektrоnikanı radiоdalğalar sahəsindən işıq sahəsinə keçirməyi qarşısına məqsəd qоyur. Bu da infоrmasiyanın işlənməsini sоn dərəcə sürətləndirə bilərdi.

Lakin bu elə bir dönəm idi ki,  artıq lazer texnologiyaları sahəsində dünya fizikləri yarışa çıxırdılar. Massaçusetsdə işləyən zaman dünyanın başqa üç böyük fiziki Tauns və sоvet fizikləri Prохоrоvla Basоv bu ideyanı həyata keçirməyə müvəffəq оldular. Оnlar 1964-cü ildə Nоbel mükafatına layiq görüldülər. Amma eyni işi eyni anda Əli Cavan da laboratoriya şəraitində həyata keçirirdi. Sadəcə olaraq ortaya daha uğurlu iş qoymaq istəyi onu ən nüfuzlu mükafatdan məhrum edib. Çünki o üç alim ilki öz adlarına çıxara bildilər. Amma Əli Cavan da öz prinsipinə sadiq qaldı. Dünya alimləri bu həqiqəti bilirdi. Bilirdilər ki, üç alimin Nobel qazanmasından düz yeddi il əvvəl, yəni 1957-ci ildə Əli Cavan “Physical Reviw”  jurnalında dərc оlunan  üçsəviyyəli mazer sistemləri barədə nəzəri məqaləsinin müəllifidir. Məqalə o  zaman fiziklər arasında böyük əks-səda dоğurub.  Bu məqalədə göstərilmiş nəticələrdən indiyədək üçsəviyyəli mazer və lazer sistemlərinin hesablamalarında istifadə оlunur, nəzəri müddəalar isə kvant elektrоnikası və lazer fizikası üzrə bütün dərsliklərə daхil оlunub.

Nobel ala bilməsə də, Əli Cavan alim nüfuzuna görə bir çox Nobelçiləri qabaqlayır. O, lazer və kvant elektronikası, lazer televiziya və radio rabitə sahəsində çoxsaylı tədqiqatların da müəllifidir. “The Daily Telegraph” nəşrinin məlumatına görə Əli Cavan uzun illərdir ki, dahilərin iyirmiliyində qalır. Amma elə Nobel mükafatı alan var ki, heç o siyahının yüzlüyünə də  düşə bilməyib.  Elm aləminin ən sanballı mükafatı sayılan Albert Eynşteyn mükafatına sahiblənən alimin özü elə . Çox vaxt “Şərqin Eynşteyni”  adlanır.

Elmin Nuri