Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 17:19:00
I və IV qrupların nəticələri nə vaxt açıqlanacaq? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə DİM-in ünvanına 3 və 4 iyun tarixlərində ali məktəblərə keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrinin nə zaman açıqlanacağı barədə suallar ünvanlanır. 


DİM-dən AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nəticələr gələn həftə açıqlanacaq:



“I və IV qruplar üzrə imtahan nəticələrinin növbəti həftənin əvvəlində elan olunması nəzərdə tutulur. Nəticələr hazır olan kimi elan olunur. Dəqiq gün və saat demək mümkün deyil”.