Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 14:40:00
Direktorların işə qəbulu! - “Onlara 5 kitab oxumaq şərti qoyulmalıdır!”

Orta məktəblərin rəhbərliyində mütəmadi dəyişikliklər edilir. Bir sıra ümumi təhsil müəssisələrinə yeni direktor təyinatları həyata keçirilir, bəzi direktorların əmək müqaviləsinə xitam verilir, digərlərinin iş yerləri dəyişdirilir.

Son bir ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 18 məktəbin direktoru işdən çıxarılıb.

Bu cür addımların atılması mövcud sahədəki problemləri həl edə bilirmi? Direktor seçilərkən nələrə diqqət edilməlir ki, onlar illərdən bəri yığılıb qalmış səhvləri təkrarlamasınlar və ya bu sahəni mövcud problemlərin girdabından çıxara bilsin?
 

Məsələ ilə bağlı təhsil eksperti Elşən Qafarov AzEdu.az-a açıqlamasında bildirib ki, direktorların işə qəbulu qaydalarına ciddi dəyişikliklər edilməlidir:

“Məktəb direktorlarının kütləvi şəkildə işdən çıxarılması keçən dövr ərzində də özünü doğrultmadı.  Neqativ hallar kütləvi hal alıb və bu, belə də davam edir. Ümumilikdə, nəzarət sistemi gücləndirilməlidir. Məktəb direktorları təyinat zamanı çox ciddi yoxlamalardan keçirilməlidir və qaydalarda dəyişikliklər edilməlidir. Əvvəla, ən azı 2-3 il müavin işləyən və vəzifəsini yaxşı icra edən şəxslər arasından direktor seçilməlidir. İşə qəbul imtahanı bir neçə mərhələdən ibarət olmalıdır. Onların kommunikativ bacarıqları, psixoloji durumu, təhsil və əmək qanunvericiliyi bilikləri yoxlanılmalıdır, məktəb işi ilə bağlı ən azı 5 kitab oxuması şərt kimi qoyulmalıdır. İşdən çıxarılan məktəb direktorları haqqında hansı səbəbdən bu addımın atıldığı barədə ictimaiyyətə məlumat verilməlidir. Öz işini mükəmməl görənlər də mükafatlandırılmalıdır.

 

Açıklama yok.

 

Gedişat onu göstərir ki, ümumtəhsil müəssisələrində tərbiyə sistemi gündən-günə pozulmaqdadır. Sadəcə, biz onları işdən çıxarmaqla hansısa müsbət irəliləyiş əldə edə bilməyəcəyik. Əgər hansısa məktəbdə neqativ hal baş verirsə, təhsil idarəetmə orqanlarında həmin müəssisəyə məsul məsləhətçilər də, həmin rayonun təhsil sektorunun müdiri də cəzalandırılmalıdır. Ciddi məsələ olarsa, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir ki, məsələ araşdırılsın. Yalnız bu zaman müsbət irəliləyiş əldə etmək mümkündür. Yoxsa ki, direktor təyin edilir, 2-3 il ərzində təhsil-tərbiyə mühitini dağıdır və sonra ona deyilir ki, ərizəni yaz çıx”.