Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 13:32:00
“Azərbaycanı inkişaf etdirəcək layihələr planlaşdırıram” – “Brend tələbə” ilə MÜSAHİBƏ

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik. 

 

Budəfəki müsahibimiz Bakı Mühəndislik Universitetinin (BMU) ll kurs tələbəsi Rəvan Hacıyevdir.

 

- İlk növbədə, özünüzü təqdim etməyinizi istərdik...

 

- Mən Rəvan Hacıyev Əfqan oğlu 2003 - cü ildə Xaçmaz şəhərində anadan olmuşam. 2010-2021-ci illərdə Xaçmaz şəhəri Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəbdə təhsil almışam. 2021-ci ildə Bakı Mühəndislik Universitetinin informasiya texnologiyaları ixtisasına 575.2 (tədris ingilis) qəbul olunmuşam. Hazırda həmin ixtisasın 2-ci kursundayam. 

 

- Universitetdə fəaliyyətləriniz nələrdən ibarətdir?

 Açıklama yok.

- Mən həm universitet daxili, həm də ali təhsil ocağından kənarda aktiv gəncəm. Dərsdənkənar çalışdığım sahələrdə sosial aktivlik nümayiş etdirirəm. Universitetdə Yeni Azərbaycan Partiyası nəzdində yaradılmış “Yeni klub"un kordinatorlarından biriyəm. İntellektul yarışlar və seminarlarda həm iştirak etməyə çalışıram, həm də təşkilatşılıq edirəm. Həmçinin, tələbələrə 1 ay müddətində ödənişsiz front-end dərsləri keçmişəm. 

 

- Hazırda ixtisasınız üzrə aldığınız təhsil sizi qane edirmi?  

Açıklama yok.

- Universitetdə qəbul olunmadan öncə riyaziyyat və informatika kimi fənnlərə həvəsim olduqca böyük idi. Hətta mənim “Youtube” kanalım var. Orda riyaziyyata aid videolar hazırlayırdım. 10-cu sinifdə artıq qərarımı yəqinləşdirdim ki, informasiya texnologiyaları (İT) sahəsi ilə bağlı ixtisas seçəcəm. Bu ixtisasa həm təlabat var, həm də dediyim kimi, həvəsim olduqca böyük idi. Bakı Mühəndislik Universitetində verilən təhsil də məni qane edir. Kimlər ki, İT sahəsində təhsil almaq istəyir, bu universiteti rahatlıqla seçə bilər.

 

- Məlumdur ki, siz aktiv tələbəsiniz. Şəxsi həyatınıza ayıracaq vaxtınız qalırmı?

 

 - Düşünürəm ki, mənim kimi bir çox gəncin başını qaşımağa vaxt tapmadığı günlər olub. Bəzən işlər o qədər üst-üstə düşür ki, şəxsi həyatımıza, özümüzə ayıracaq vaxtımız qalmır.

 

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

 Açıklama yok.

 - Bayaq da qeyd etdiyim kimi, “Youtube” kanalım var. Vaxt tapdıqca orda videolar yükləməyə çalışıram. Və şahmat oynamağı sevirəm. İdman növü kimi üzgüçülük və trenajorla məşğul oluram. Basketbol, voleybol və futbol kimi idman növləri ilə də iki həftədən bir məşğul oluram. İndi olmasa da,  əvvəl rəsm də çəkirdim. Düzünü desəm, hazırda rəsm çəkməyə heç həvəsim yoxdur. 

 

- Səyahət etmək istədiyiniz ölkələr var? 


- Uşaqlıqdan arzumdur ki, İngiltərəyə gedim. Ümumiyyətlə, oranın gəzib-görməli yerilərini, insanların geyim tərzini, iqlimini və s. çox sevirəm. Lakin təhsil yeri olaraq Almaniya, ya da Estonyaya getməyi düşünürəm. Çünki ixtisasımla bağlı orda daha yaxşı ali təhsil müəssisələrinin olduğunu düşünürəm. Gələn il istəyirəm ki, Erasmus-a qatılım. Orada dediyim ölkələrin universitetlərinə daha çox üstünlük verəcəm.

 

 - Bəs hansı dilləri öyrənirsiz ?

- Tədrisim ingilis dili olduğuna görə, bu dili olduqca yaxşı öyrənirəm. Düşünürəm ki, seçdiyim ixtisasda sırf ingilis dilini bilmək kifayət edir. Başqa dillərə üstünlük vermək o qədər də lazım deyil.  

 

 - Gələcəkdə ixtisasınız üzrə nə cür yeniklər etmək istəyərdiniz?

 

- Hazırda ixtisasımla bağlı 1-2 layihə və planlarım var. Lakin nə olduğu barədə açıqlamaq istəmirəm. Alına da bilər alınmayada...

Onu deyə bilərəm ki, Azərbaycanı inkişaf etdirəcək nüanslar planlaşdırdığım layihələrdə var.

 

- Son olaraq, uğur qazanmaq üçün yaşıdlarınıza nə tövsiyə edərdiniz? 

Açıklama yok.                                                                                                           

 - İnsan əgər inkişaf etmək istəyirsə, ilk növbədə özünü tanımalı, üstünlüklərini, çatışmazlıqlarını, nəyə qadir olduğunu dəqiq bilməlidir. Hər hansı işi görərkən də, o çatışmazlıq və üstünlükləri nəzərə alaraq problemləri və yaxud işi həll etməlidir. Çox çalışmaq, nizam-intizam işin uğurlu alınmasına töhfə verir. Həmçinin, onu da qeyd edə bilərim ki, bir işin üstündə çox ciddi məşğul olmaq insanı həm yorur, həm də işin keyfiyyətini aşağı salır. Fokuslanmaq yaxşıdır, amma özünü yoracaq qədər də deyil... İnkişaf üçün ən böyük faktorlardan biri də müxtəlif insanları tanımaq, onlarla ünsiyyətdə olmaqdır.