Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-16 12:18:00
Müəllimlərin diqqətinə! - Sertifikasiya imtahanlarının yerləri açıqlandı- SİYAHI

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi mərkəzlərin adlı siyahısını açıqlanıb.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan AzEdu.az-a verilən məlumata görə, imtahan mərkəzləri ölkənin bir sıra reginunu əhatə edir.

Qeyd edək ki, müəllimlərin sertifikasiya imtahanları 20-24 iyun tarixlərində keçiriləcək.

Builki sertifikasiya imtahanlarında 33 mindən çox Azərbaycan dili, ədəbiyyat, ibtidai sinif müəllimi iştirak edəcək.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılacaq.

Müsahibə mərhələsində azı 20 bal toplamış müəllimlər prosesdən keçmiş hesab ediləcək. 

Test mərhələsində 51-60 bal toplayan müəllimlərin maaşı 35 faiz, 30-50 bal toplayanların maaşı isə 10 faiz artırılacaq.


Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi imtahan mərkəzlərini təqdim edirik:


No description available.

No description available.

No description available.

No description available.

A.Qorxmaz