Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-15 16:52:00
Tanınmışların övladı - Röyanın oğlu harada oxuyur? - “Londonu istəyirdi, qoymadım”

Son zamanlar azərbaycanlı gənclərin bir çoxu təhsil almaq üçün xaricə üz tutur. İmtahanlardan yüksək nəticə toplayan abituriyentlərin əksəriyyəti təhsilini xarici ölkədə davam etdirmək istəyini açıq ifadə edir. Tanınmış şəxslərin – sənətçilər, məmurlar, siyasətçilər, deputatların - övladlarının da Azərbaycanda ya yüksək ödənişli ixtisaslarda, ya da xarici ölkələrdə təhsil aldıqları iddia olunur. 

 

AzEdu.az saytı bu mövzunun ictimai əhəmiyyətini nəzərə alıb, “Tanınmışların övladı” rubrikasına  başlayır. Bu rubrikada tanınmış şəxslərin övladlarının harada təhsil aldıqlarına dair məlumatları sizinlə bölüşəcəyik.

 

İlk olaraq Azərbaycanın xalq artisti, müğənni Röya Ayxanın oğlu Hüseyndən bəhs edəcəyik.

 

Hüseyn 25 oktyabr 2009-cu ildə anadan olub. Xalq artisti 2015-ci ildə oğlunun məktəbin birinci gününə aid fotolarını paylaşaraq bildirmişdi ki, "onun ən böyük arzusu Amerikada oxumaq və Obamanın yerinə keçməkdir".
Keçən il tanınmış sənətçi Bakıda “Modern School”da təhsil alan oğlunu təhsilini davam etdirmək üçün xaricə göndərəcəyini bildirmişdi:

 

“Oğlum iki-üç ildən sonra xaricə oxumağa gedəcək. O gedəndə mən də gedəcəm. Onsuz da burada az oluram. Üzərində əsməyi çox xoşlamıram. Nəzarəti hiss etməlidir. Evdə mənə heç vaxt güvənməyiblər, düzünü deyirdim, daim döyürdülər. Bu içimdə qalıb. Londonu istəyirdi, qoymadım. Dedim ki, necə gəlib-gedəcəyəm yanına? Araşdırdıq və Dubayı seçdik. Ora 3 saatlıq yoldur, istəyəndə gedirəm. Apardım ki, orada yaşasın, dostları artsın”.

 

Açıklama yok.


Hazırda isə Hüseyn Dubayda özəl məktəblərin birində təhsil alır. Lakin 9-cu sinifdə Bakıya qayıdacaq və Amerikada təhsil almaq üçün hazırlaşacaq. Onun ingilis və rus dillərini mükəmməl bildiyi bildirilir. Hazırda ixtisas seçimini etməyib, lakin biznes istiqamətində təhsil almağı düşünür. Çünki iş adamı olmaq niyyətindədir.


Dünən 41 yaşını qeyd edən Xalq artisti öz doğum gününü şəhərdəki restoranların birində keçirib. Məclisdə bir çox məşhur, həmçinin, Röyanın oğlu Hüseyn də iştirak edib.

 

Açıklama yok.

 


Sənətçinin oğlu təhsil üçün ABŞ-a getmək istəyinin səbəbini də açıqlayıb:

 


“Amerikaya getməyimin ən birinci səbəbi orada olan təhsil sisteminin çox keyfiyyətli olmasıdır. Mən ingilis dilini bütün dillərdən daha yaxşı bilirəm. Düşüncələrim, fikirlərim hamısı ingilis dilindədir. Uşaq yaşlarımdan bu dili mükəmməl şəkildə öyrənmişəm. Hazırda Dubayda təhsil alıram. Amma bir illiyə bura, Bakıya geri dönəcəyəm. 9-cu sinfi başa vurub, sənəd işlərimi həll edəndən sonra ABŞ-a gedib, orada təhsilimi davam edəcəyəm. İş adamı olmaq istəyirəm. Arzum öz biznesimi qurub, anama baxmaqdır. İstəyirəm ki, anamın bütün maddi məsələlərini özüm həll edim. Qlobal bizneslərdən birinə yiyələnmək istəyirəm”.