Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-14 17:05:00
AzEdu.az “Son zəng”i Milli Qəhrəmanın adına olan məktəbdə izlədi – REPORTAJ+FOTOLAR

Bu il 98.647 şagird XI siniflərdən məzun olub. Onlardan 89.112 nəfəri Azərbaycan bölməsində, 8.824 nəfər isə rus bölməsində təhsil alıb.

 

AzEdu.az-ın əməkdaşları 11-cilər üçün keçirilən "Son zəng" tədbirini Bakının Nizami rayonundakı Milli Qəhrəman Yuri Kovalyov adına 229 saylı məktəbdə müşahidə etdilər.

 

 

 

Açıklama yok.

 

 

Tədbirdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər, valideynlər və məzunlar iştirak edirdilər.

 

Açıklama yok.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 

Açıklama yok.

 

Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Vüsalə Məmmədova məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar dilədi. V.Məmmədova rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1.537 şagirdin təhsil aldığını, onlardan 107 nəfərin bu il məzun olduğunu diqqətə çatdırdı.

 

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik etdi, onlara gələcək təhsil həyatında nailiyyətlər arzuladı, şagirdlərin Vətənə, xalqa, dövlətə layiqli gənclər, şəxsiyyətlər kimi yetişəcəyinə əminliyini ifadə etdi. M.Kərimli ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərin gələcəyimiz olan gənclərə daha yaxşı təhsil imkanı yaratmağa xidmət etdiyini, təhsilin əlçatanlığını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğuladı.

 

BŞTİ müdiri Mehriban Vəliyeva dərs ilinin başa çatması münasibətilə bütün təhsil iştirakçılarını - müəllim və şagirdləri, valideynləri, xüsusilə də məktəb həyatını başa vuran və müstəqil həyata atılan məzunları təbrik etdi. İdarə müdiri ötən tədris ilində paytaxtın təhsil həyatında yaddaqalan məqamlardan, həyata keçirilən uğurlu layihələrdən, yeniliklərdən danışdı. Bildirdi ki, BŞTİ tərəfindən təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə bütün imkanlar səfərbər edilib.

 

Məzunlara gələcək təhsil pillələrində uğurlar arzu edən M.Vəliyeva bu gün Azərbaycan məktəbinin yetirmələrinin Vətən Müharibəsində möhtəşəm zəfər qazanan qalib ölkənin savadlı, bacarıqlı gəncləri olaraq azad Qarabağın yenidən qurulmasına öz layiqli töhfəsini verəcəklərinə əminliyini söylədi.

 

Azedu.az-a açıqlamasında M.Vəliyeva məzunları yetişdirən müəllimlərə xüsusi təşəkkürlərini bildirdi:

 

“Bu gün ölkədə "Son zəng" qeyd olunur. Bakı şəhərinin 318 məktəbindən 26453 məzun yeni bir gənclik həyatına qədəm qoyur. Mən də fürsətdən istifadə edərək onları təbrik edirəm. Bu gün biz 229 nömrəli mıktəbdə "Son zəng"i canlı olaraq izlədik. Bu, uşaqlar üçün çox böyük, qürurverici andır. İlk  növbədə, onlar Zəfər tarixinin məzunlarıdır, müstəqil Azərbaycanın azad vətəndaşları kimi məzun olurlar. Onların üzərində böyük bir məsuliyyət var, çünki gələcəyimiz bu uşaqlardan asılıdır.

 

Açıklama yok.

 

Eyni zamanda, mən onları yetişdirəm məktəblərə, xüsusən də müəllimlərə dərin təşəkkürümü bildirirəm. Müəllim əməyi böyükdür, biz hər birimiz müəllim əməyindən keçərək bu günə gəlib çatmışıq. Onların əməyi qarşısında hamımız təbii ki, baş əyirik”. 

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov da məzunları təbrik etdi, eyni zamanda valideynlərə səsləndi:

 

“Bu gün 2022-2023-cü təhsil ilinə yekun vurulur. Artıq 11-ci sinif şagirdləri məktəb həyatı ilə vidalaşır, həyatın növbəti mərhələsiə qədəm qoyurlar. Bu münasibətlə biz bütün 11-ciləri, onların valideynlərii və məzunlarımızın yetişdirilməsində mühüm rolu olan müəllimləri təbrik edirik. İnanırıq ki, Azərbaycanın gələcəyi və inkişafı üçün bu 11-cilər də həyatın bütün sahələrində özlərini doğruldacaq, yaxşı mütəxəssis, ölkənin inkişafında mühün rolu olan vətəndaş kimi yetişə biləcəklər.

 

Açıklama yok.

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil müəssisələrini bu tədris ilində 26 mindən çox məzun bitirir. Elm və Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin imzaladığı müvafiq əmrlərə əsasən, məktəblərdə "Son zəng" tədbirləri təşkil olunub. "Son zəng"  təbdbirləri uyğun vaxt müddətində məktəblərin daaxilində keçirilməlidir. Bu tədbirlərdə müvafiq məzmun, eyni zamanda, təhlükəsizlik məktəb rəhlərləri, eləcə də, təhsil idarəetmə qurumları tərəfindən nəzərə alınıb.
 

Biz valideynlərə səslənərək bildirmək istəyirik ki, bugünkü tədbirdən sonra öz övladlarının məktəbdən kənardakı ictimai davranışına, eləcə də onların digər yerlərdə toplaşmaq qərarları olarsa, hansısa xoşagəlməz hadisənin yaşanmaması üçün nəzarəti artırmağı xahiş edərdik”.

 

Nizami rayonunun icra başçısı Coşqun Cəbrayılov “Son zəng” münasibətilə məzunları təbrik edib. C.Cəbrayılov ölkəmizdə təhsil sektorunda ilbəil nəzərə çarpan inkişaf prosesindən, son illərdə təhsil sahəsində aparılan islahatlardan danışdı. 

 

 

Açıklama yok.

 

YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov məzunlara Azərbaycanın inkişafı naminə layiqli vətəndaş, peşəkar mütəxəssis kimi yetişməyi tövsiyə etdilər.

 

Daha sonra çıxış edən məzunlar və onların valideynləri dövlətin məktəbə, təhsil işçilərinə yaratdığı şəraitdən, istedadlı şagirdlərə göstərdiyi diqqətdən danışdılar.  

 

Hamının təlaşlı və həyəcanla olduğu anda bir neçə valideyn, müəllim və məzunla söhbət etmək fürsətimiz oldu. 

 

Məktəbin ibtidai sinif müəllimi Arzu Əmirova ürək sözlərini bölüşdü:

 

"Bu gün bizim məktəbdə böyük və möhtəşəm bayramdır. Hər kəsi – şagirdləri, müəllimləri, kollektivimizi təbrik edirəm”.

 

Açıklama yok.

 

Aynur Əhmədova adlı valideyn bütün məzunlara uğur arzuladı:

 

“Öz qızımın timsalında bütün mızunları təbrik edirəm. Allah yolarını açıq etsin. Ümid edirəm ki, əziyyətləri yerdə qalmaz, hər biri tələbə adını qazanar”. 

 

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirildi.