Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 15:38:00
Regionlar üzrə ən çox bal toplayanlar - Şərqi-Zəngəzur bölgəsi - II və III qruplar

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 may tarixlərində II və III, 3 və 4 iyun tarixlərində isə I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları keçirib. 


20 və 21 may tarixli qəbul imtahanının nəticələri artıq ictimaiyyətə açıqlanıb.  

 

DİM-dən verilən məlumata görə, bu imtahanda II ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 394 bal toplayan Naxçıvan MR Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu göstərib: Cəfərli Mikayıl Kamran oğlu – 394 bal. Onun ümumi balı 690.7-dir.

 

III ixtisas qrupu üzrə ən yüksək nəticəni (392.5 bal) 2 nəfər – Bakı şəhər S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının məzunu Səlimova Aysel Anar qızı (ümumi balı 679.3) və Ağdaş rayon M.Şeyxzadə adına Texniki, təbiət və humanitar təmayüllü gimnaziyanın məzunu Əzizova Mələkxanım İlqar qızı (ümumi balı 679.2) toplayıb.

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.


Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan abituriyentləri sizə təqdim edirik.

 

İlk yazıda Şərqi-Zəngəzur Regional Təhsil İdarəsinin əhatə etdiyi Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və Cəbrayıl rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.   


Şərqi-Zəngəzur Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu region üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş abituriyent 658 bal toplayıb. 

 

Açıklama yok.

Bu, Cəbrayıl rayonu Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin XI sinif şagirdi Abbasov Ramin Xəqani oğludur.  Ramin III ixtisas qrupu üzrə sənəd verib.

 
*** 

Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər abituriyentləri də təqdim edirik:

 

Açıklama yok. 


Zəngilan rayonu 10 nömrəli tam orta məktəb
in XI sinif şagirdi Cəfərova Nərmin Şirvan qızı - II ixtisas qrupu üzrə - 645 bal.

***
 

Açıklama yok.


Kəlbəcər rayon 2 nömrəli tam orta məktəb
in XI sinif şagirdi Qarayev İsmayıl Nazim oğlu - III ixtisas qrupu üzrə - 633 bal.

 ***
 

Açıklama yok.


Qubadlı rayonu B. Mehdiyev adına şəhər 2 nömrəli tam orta məktəb
in XI sinif şagirdi Mehdiyev Cahangir Şükran oğlu - III ixtisas qrupu üzrə - 623 bal.

 ***
 

 Açıklama yok.


Laçın rayon Çıraqlı kənd tam orta məktəb
in XI sinif şagirdi Əlbəndova Südabə Münasib qızı - III ixtisas qrupu üzrə - 572 bal.