Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 09:12:00
IV və I qrupların imtahan nəticələri nə vaxt elan olunacaq? - DİM- dən CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri ötən həftə elan olunub.

 

Bəs 3 və 4 iyun tarixlərində keçirilmiş lV və l ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri nə zaman açıqlanacaq?

 

Bu, sosial şəbəkələrdə təhsillə bağlı ən çox səsləndirilən suallardan biridir.


Məsələ ilə bağlı DİM-dən AzEdu.az-a bildirilib ki, I və IV qruplar üzrə qəbul imtahanının nəticələrinin bu həftənin sonuna kimi elan olunması nəzərdə tutulur.