Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-13 12:00:00
Əfqan tələbə: “Azərbaycanın təhsil sistemi Amerika sistemi ilə eynidir və mən bundan razıyam” - MÜSAHİBƏ

AzEdu.az saytı Azərbaycanda təhsil alan əcnəbi tələbələrlə silsilə müsahibələr təqdim edir.

Xarici tələbələrlə söhbətləşməkdə əsas məqsəd onların ölkəmizdəki təhsili necə dəyərləndirdiklərini, Azərbaycan barədə təəssüratlarını, əcnəbi gənclər üçün yaradılan şəraitdən məmnun qalıb-qalmadıqlarını, problemlərini öyrənməkdir.

Saytımızın "Xarici tələbə" rubrikasındakı növbəti müsahibimiz Əfqanıstandandır.

Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində BBA menecment elmləri ixtisası üzrə II kursda ingilis dilində təhsil alan 22 yaşlı Zabihullah Qəmbəri ilə söhbəti təqdim edirik.

Arayış: Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq, sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. 

Paytaxtı və ən böyük şəhəri Kabil şəhəridir, ümumi sahəsi 652,230 kvadrat kilometrdir.

Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunub. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir.

 

Açıklama yok.


Əhalisinin sayı 35 milyon nəfərə çatır ki, bunun da əksər hissəsini etnik puştunlar, taciklər, həzaralar və özbəklər təşkil edir. Ölkə əhalisinin əksəriyyəti müsəlmanlardır. Əfqanıstanda müsəlman əhalinin 80–90%-i sünnidir (Hənəfi məzhəbi).

 

15 avqust 2021-ci ildə Əfqanıstan İslam Respublikası süquta uğrayıb, prezident Əşrəf Qəni devrilib və hakimiyyətə Taliban hərəkatı gəlib. Taliban ölkəni Əfqanıstan İslam Əmirliyi adlandırıb.

 

Qeyd edək ki, Zabihullah Azərbaycan dilində sadə cümlələr qura bilir, müsahibə ingilis dilində alınıb. 

 

- Zabihullah, təhsil üçün Azərbaycanı seçməyinin səbəbi nədir?
 

- Deməli, mən 2020-ci ildə ailəmlə Milad bayramını qeyd etmək üçün Azərbaycana gəldim və elə bundan sonra COVID-19 pandemiyası başladı. Bu səbəbdən Azərbaycanda qalmalı oldum. Karantin qadağaları yumuşalanda vaxtımı boşa xərclədiyimi gördüm və birdən 2021-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bakalavr təhsili almaq üçün yaxşı fürsət yarandı. Beləcə, mən Azərbaycanda təhsil almağa başladım.

 

Açıklama yok.

 

- Bakıda tək yaşayırsan?

 

- Xeyr, burada ailəmlə kirayədə yaşayırıq və həqiqətən evimiz çox gözəldir. 4 uşağıq: 2 qardaşım və 1 bacım. Bacım ailəlidir Əfqanıstanda yaşayır. Hazırda Əfanıstanda qızlara təhsil qadağası olmasına baxmayaraq, bacım məktəb təhsili alıb. 

 

- Boş vaxtlarında nə edirsən?
 

- Əsasən kitab oxuyuram, sənədli filmlərə baxıram və məşq edirəm. Düzünü desəm, məşqlər insanlar üçün ən yaxşı şeydir. Bəzən dostlarımla vaxt keçirirəm. Görüşüb yemək yeyir, söhbət edirik. Normalda evdə yeməyə üstünlük verirəm, amma evdə yeyə bilməyəndə idmanla məşğul olduğuma görə sağlam həyata üstünlük verirəm və sağlam qida qəbul edirəm. 


- Xərclərini necə qarşılayırsan?

 

- Bakıda DAFI (Albert Eynşteyn adına Alman Qaçqın Tələbə Təşəbbüsü) Təqaüd Proqramı ilə təhsil alıram. Proqram təhsil xərclərimi qarşılayır və hər ay mənə 550 AZN verir. Amma xərclərim çox olduğu üçün ailəm də bu işdə mənə kömək edir.  

 

- Azərbaycan dilini hansı səviyyədə bilirsən? 

 

- Çoxlu azərbaycanlı dostlarım var, əksəriyyəti mənim səlis Azərbaycan dili bacarığımı ilk dəfə görəndə heyrətlənirlər, mən asiyalı olduğum üçün gözlərim çəkikdir və Azərbaycan dilində danışanda insana maraqlı gəlir, onlar yaxşı mənada sevinir və gülürlər.


- Azərbaycanın təhsil sistemi haqda nə deyə bilərsən? Səncə, Azərbaycanda təhsil almağın üstünlükləri nələrdir?

- Azərbaycanın təhsil sistemi Amerika sistemi ilə eynidir və mən bu sistemdən razıyam. Deyə bilərəm ki, universitetimizin bir üstünlüyü də müəllimlərin çox mehriban olmasıdır. Təhsildən əlavə çoxlu yaxşı azərbaycanlı dostlar qazanmışam. Biz vaxtımızın çoxunu bir yerdə keçiririk. 

 

Açıklama yok.

 

Azərbaycan haqqında digər təəssüratların nələrdir?

 

- Mən görürəm ki, Azərbaycan başqa ölkələrdən fərqlidir. İnsanlar Azərbaycan mədəniyyətini nümayiş etdirmək üçün hər hansı bir əcnəbini çox gözəl və xoş qarşılayırlar, qonaqpərvərdirlər. Uzun müddətdir Azərbaycanda yaşadığımdan bir çox bölgələrdə olmuşam; Şəki, Xalxal, Quba, İsmayıllı, Göygöl və s. Azərbaycanın bütün yeməklərini bəyənirəm, amma plovu o qədər bəyəndim ki,.. aşın dadı heyrətamizdir.

 

Açıklama yok.

 

 - Yəqin ki, tələbə həyatında hansısa çətinliklərlə də üzləşirsən...

 
- Qarşılaşdığım çətinliklərdən biri dillərlə bağlıdır. Azərbaycan və rus dilini öyrənməyə çalışıram. Düşünürəm ki, bu, müsbət çətinlik idi, çünki nə qədər çox dil öyrənsəm, həyatım bir o qədər asan olacaq.


- Xaricdə təhsil alan bir çox tələbələr oxuduqları ölkələrdə qalmağı seçir və geri qayıtmaq istəmirlər. Universitet təhsilini başa vurduqdan sonra geri qayıtmaq istəyirsən?

- Xeyr, mən təhsilimi davam etdirmək və burada öz biznesimi qurmağı hədəfləyirəm. Gələcəkdə də azərbaycanlı bir xanımla ailə həyatı qurmaq istəyirəm.