Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 15:50:00
Magistraturaya keçid balları artacaq, azalacaq? - PROQNOZ

Dünən 17 mindən çox bakalavr magistratura səviyyəsi üzrə qəbul imtahanının 2-ci cəhdində iştirak etdi.

 

DİM-dən AzEdu.az-a verilən məlumata əsasən, nəticələrin 2-3 gün ərzində elan olunması nəzərədə tutulur.

 

Bakalvraların bəziləri imtahanın yaxşı keçdiyini vurğulasalar da, digərləri sualların çox çətin tərtib edildiyini bildirirlər.

 

Bəs həqiqətən də imtahan çətin tərtib olunub?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi dünən keçirilən magistratura imtahanı ilə bağlı düşüncələrini bölüşüb:

IMG

 

“İstər 1-ci, istərsə də 2-ci cəhd imtahanı normal qaydada keçdi. Sadəcə olaraq, dünənki imtahanda iştirak edən bir çox bakalavr məntiq suallarının çətinlik səviyyəsinin yüksək olduğunu vurğulayır. Digər fənnlərdə isə vəziyyətin yaxşı olduğunu qeyd edirlər. Düşünürəm ki, 2-ci cəhddə daha ciddi hazırlaşanların sayı çox idi. Nəticələr elə də pis olmayacaq". 

 

E.Əfəndi magistratura səviyyəsi üzrə plan yerləri barədə də danışıb:


"Məlumdur ki, magistratura üzrə 1 və 2-ci cəhd imtahanlarına 23 mindən çox bakalavrın müraciəti daxil olub. Dövlət sifarişli plan yerlərinin sayı isə 6478-dir. Ümumi plan yerləri təsdiq olunmasa da, biz 11 mindən çox plan yeri gözləyirik. Bu isə onu deməyə əsas verir ki, 9-10 min bakalavr ümumi müsahibədən kənar qalacaq. Təbii ki, onlar içərisində müsabiqə şərtini ödəməyənlər də var. Və sözsüz ki, ixtisas seçimini düzgün etmədiyinə görə magistraturaya qəbul olunmayanlar da olacaq. 

Bu il məhz dövlət sifarişli plan yerlərini nəzərə alsaq, ixtisaslarda keçid ballarının bir qədər aşağı enmə ehtimalı olduğunu deyə bilərik. Ödənişli ixtisaslarda isə vəziyyətin tamamilə əksi olacağını düşünürəm, yəni keçid balları arta bilər. Əksər universitetdə magistratura səviyyəsi üzrə nəzərdə tutulan ixtisaslar 100% dolacaq”.