Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-12 10:54:00
Magistratura imtahanlarında gördüklərimiz və eşitdiklərimiz - REPORTAJ  

Dövlət İmtahan Mərkəzi (DİM) dünən – iyunun 11-də ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının II cəhdi keçirib.


İmtahan respublikanın 7 şəhər və rayonunda - Bakı, Abşeron, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 71 binada təşkil olunub.

 

Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 17705 bakalavr ərizə təqdim edib.

 

AzEdu.az saytının əməkdaşları DİM-in icazəsilə növbəti dəfə imtahanları müşahidə edib.

 

DİM-dən keçdiyimiz akkreditasiyaya uyğun olaraq Bakı şəhəri Binəqədi rayonundakı 3 nömrəli məktəbdə olduq.

 

İmtahana gələn valideynlərin də, bakalavrların da əksəriyyətində həyəcan hiss olunurdu. İmtahan öncəsi bir neçə valideyn və bakalavrla söhbətləşdik. Hamısı nəticələrin yüksək olacağından düşünürdü.  

 Açıklama yok.

 
Mahir Əlisultanov adlı bakalavr yüksək nəticə gözlədiyini, özünə inandığını dedi

 

“İlk imtahandan 62.5 bal toplamışdım. İndi 70-dən çox toplayacağıma inanıram. Neft və qaz qurğularının bölündüyü paralel ixtisaslar üzrə magistr təhsilimi davam etdirmək istəyirəm". 

 

Açıklama yok.

 

Aynurə Orucova adlı valideyn bildirdi ki, övladının 70 baldan çox nəticə əldə edəcəyini gözləyir:
 

"Oğlum bu gün imtahan verir. Bakı Dövlət Universitetinin coğrafiyaşünaslıq ixtisasını bitirib. İlk imtahandan 60 bal toplamışdı. İndi isə 70-75 civarı nəticə gözləyirəm". 

  

Nəhayət imtahan başa çatdı...

 

Binadan çıxan iştirakçıların demək olar ki, hamısı imtahanın rahat keçdiyini deyirdilər...

 

Açıklama yok.

 

ADA Universitetinin məzunu Elçin Salahzadə bildirdi ki, imtahan zamanı fənlər arasında ən çox məntiqdən çətinlik çəkib:

 

“Budəfəki keçən imtahana nisbətən asan idi. Mənə elə gəlir ki, ən çətin məntiq, ən asan isə ingilis dili gəldi. İnformatika normal səviyyədə idi. Dövlət İqtisad Universitetində (UNEC) təhsilimi davam etdirmək istəyirəm”.

 

Açıklama yok.

 

Növbəti imtahan iştirakçısı Günel İsmayılova sualların asan olduğunu söyləyirdi:

 

"İmtahana hazırlaşmamışdım, heç ilkində də iştirak etməmişdim. Bu gün özümü sınamaq üçün buradayam. İmtahan rahat keçdi, suallar asan idi. Nəticəm yaxşı olarsa, ona uyğun bir ixtisas seçməyi düşünürəm".

 

 Açıklama yok.

 

İmtahan yerinə təcili tibbi yardım briqadası da cəlb olunmuşdu. Həkim Bəhruz Rəsulov imtahan zamanı hər hansı tibbi müdaxiləyə etiyac olmadığını bildirdi:

 

“Növbə zamanı heç bir müraciət olmadı. İmtahandan öncə, proses zamanı da şikayət daxil olmadı. Hər şey qaydasında idi”.

 

Qeyd edək ki, imtahana gələn bakalavrların üst-başı ciddi şəkildə yoxlanılırdı. Oğlan iştirakçıları DİM tərəfindən imtahana cəlb edilən kişi nəzarətçilər, qızları isə xüsusi kabinədə qadın nəzarətçilər yoxlayıb içəri buraxırdılar. Yoxlanışda onlara telefon, saat kimi vasitələri içəri keçirməyə icazə verilmirdi.

 

Açıklama yok.

 

Sonda imtahan rəhbəri Elçin Əliyevdən məlumat aldıq. O bildirdi ki, imtahan prosesi problemsiz keçib:

 

"Bu gün ali məktəblərə magistr pilləsi üzrə qəbul imtahanının II cəhdi keçirilir.  3 nömrəli orta məktəbdə 261 şagirdin iştirakı gözlənilirdi, onlardan 4 nəfər xanım iştirakçı gəlmədi. Onların da hansı səbəbdən imtahanda iştirak etməməsi bizə məlum deyil. İmtahana buraxılış rejimi saat 09:45-ə qədər davam etdi. İmtahan nəzərdə tutulan vaxtda - 10:00-da başladı. Hər şey qaydasında irəlilədi. Nəzərdə tutulmuş vaxta da, yəni 13:00-da bitdi. Buraxılış rejimi normal keçdi, proses zamanı heç bir qayda pozuntusu qeydə alınmadı”.
 

Ümumilikdə həmsöhbət olduğumuz imtahan iştirakçılarının fikirlərindən belə nəticəyə gəldik ki, imtahan sualları orta səviyyədə olub, nisbətən məntiq fənninin suallarında çətinik yaşanıb. İmtahan prosesi qaydalara uğun şəkildə keçib.

 

Beləcə, 3 saylı məktəbəki müşahidələrimizi yekunlaşdırdıq.

 

Foto: Hilal Sultanov