Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-11 20:00:00
Qızıl üzük və sırğa verilən müəllimlə bağlı rəsmi AÇIQLAMA

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın davranışı ilə bağlı araşdırma aparılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

 

“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq. 

Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - məlumatda bildirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə Xırdalan şəhərindəki 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlərə özünə qızıl əşyaları aldırması ilə bağlı iddialar yayılıb. Eyni zamanda, videogörüntü ictimailəşdirilib.