Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 13:37:35
“Dərslər 1 sentyabrda başlasın, 14 iyunda bitsin” - TƏKLİF

“Tədris ilinin müddətinin 36 həftəyə çatdırılması, bu məsələnin beynəlxaq təcrübəyə uyğunlaşdırılması qaçılmazdır”.


AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Elşən Qafarov bildirib.


Onun sözlərinə görə, tədris ilinin 1 sentyabrdan başlayıb 14 iyunda bitməsi ən optimal variantdır:


“Bu zaman aktiv dərs məşğələlərinin 1 sentyabrdan başlayaraq 31 mayda bitməsi, 1-14 iyunda isə böyük summative qiymətlərndirmələr (BSQ) və buraxılış imtahanlarının keçirilməsi daha məqsədə uyğun olardı.

Şagirdlərin 77 günlük (15 iyun - 31 avqust) yay tətilinin ən azı 21 gününü yay düşərgələrində keçirilməsi üçün tədbirlər görmək mümkündür.

Bunun üçün dağlıq və dağətəyi rayonlarda, həmçinin dənizə yaxın ərazidə yerləşən məktəblərin infrastrukturundan və yeni tikiləcək yay düşərgələrindən istafadə oluna bilər”.