Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 11:47:00
Apellyasiya şikayəti vermiş abituriyentin dəyişən balı nə zaman sistemə yüklənəcək?  

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 5 və 12 mart tarixlərində (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bir çox abituriyent imtahan nəticəsindən razı olmayaraq, apellyasiya şikayəti etmişdi. 5 mart tarixli buraxılış imtahanı verən 50022 şagird arasından 5144 nəfər, 12 mart tarixli imtahanda iştirak edən 50338 nəfərdən isə 3929-u apellyasiya müraciəti edib.

Apellyasiya müraciətlərinə baxıldıqdan sonra narazı abituriyentlərdən bəzilərinin balları artırılıb. Amma dəyişən ballar hələ də elektron sistemdə görünmür. Bəs ballar nə zaman sistemə əlavə olunacaq.

 

Məsələ ilə bağlı DİM-dən AzEdu.az-a bildirilib ki, ballar yaxın zamanda yenilənəcək:

 

“Düzəlişlər yaxın günlərdə sistemə əlavə olunacaq və bu haqda saytımızda məlumat veriləcək".