Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 20:00:00
Bu tələbələr “SABAH” qruplarına qəbul olunmur

Özəl universitetlərin tələbələri üçün bakalavr pilləsi üzrə “SABAH” qruplarına qəbul aparılmır.

 

Azedu.az xəbər verir ki, bunu “SABAH” qruplarının İcra Komitəsinin rəhbəri Eldar Qocayev Təhsil TV-də yayımlanan “Təhsil masası”nda deyib.


Onun sözlərinə görə, özəl ali məktəblərin tələbələrin “SABAH” magistraturasına müraciət edə bilərlər:

 

“Gələcəkdə özəl universitetlərin, xarici vətəndaşların və Elm və Təhsil Nazirliyinə tabe olmayan universitetlərin tələbələrinin “SABAH” qruplarına müraciət etmək imkanlarının yaradılması ilə bağlı müzakirələr aparılır”.