Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 16:29:23
İlk süni intellekt sammiti: dünya niyə narahatdır? 

Böyük Britaniya hökuməti bu il süni intellekt (AI) üzrə dünya sammitinə ev sahibliyi edəcək.

AzEdu.az Fransanın "sciencesetavenir.fr" saytına istinadən xəbər verir ki, bu tədbirin təşkil olunacağı tarix açıqlanmayıb.

 

Böyük Britaniya hökumətinin bəyanatında deyilir ki, sammitdə süni intellektin yaratdığı risklər və onların beynəlxalq səviyyədə koordinasiya edilmiş tədbirlər vasitəsilə necə azaldılacağı qiymətləndiriləcək. Çünki keçən noyabrda "ChatGPT chatbotu"nun istifadəyə verilməsindən sonra "generativ" süni intellekt ictimaiyyətin və investorların diqqətini çəkib. Bunun üçün bir neçə hökumət inkişaf etməkdə olan texnologiyaların təhlükələrini necə azaltmağı düşünür .

 


Britaniya və ABŞ rəsmiləri bildiriblər ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ABŞ prezidenti Co Bayden iqtisadi təhlükəsizliklərini gücləndirmək üçün inkişaf etməkdə olan texnologiyalara yanaşmalarını koordinasiya edəcəklər. Onlar iki ölkənin bu sahədə liderliklərini möhkəmləndirmək üçün necə birlikdə işləyə biləcəklərini müzakirə etməyi planlaşdırırlar.