Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni sədri seçilib.
AzEdu.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilir ki, bu vəzifəyə AKP və MHP-nin namizədi Numan Kurtulmuş seçilib.
O, səsvermənin ilk turunda deputatların 317-sinin səsini qazanıb. Bu, yetərsay olmadığı üçün sədr seçimi 2-ci tura qalıb. Bu turda da yetərli say olmayıb. N.Kurtulmuş bu mərhələdə 321 səs ala bilib.
Üçüncü səsvermədə isə N.Kurtulmuş TBMM sədri seçilib.
Qeyd edək ki, spikerlik postuna 7 namizəd irəli sürülmüşdü.