Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-01 10:39:46
Azərbaycanda sərfəli, ucuz və effektli “skype dərsləri”- Dili evdə və az vaxtda necə öyrədirlər?

Onlayn kurslar.... Abituriyent və dil öyrənənlərin çoxluğuna  baxmayaraq, bu termin hələ də  məşhurlaşmayıb.

Bizdə artıq bir neçə ildir, bir çoxları onlayn kurslara üz tuturlar. Gün ərzində işdə olanlar, məsafəyə görə kursa gedə bilməyənlərbelə kurslara müraciət edirlər.

Bəs, onlayn kursların effekti necədir, onlar digər kurslardan nə ilə fərqlənir?

“Onlayn kursların çox effekti var. Biz əzəldən öyrənmişik ki, müəllim yanımızda olmasa, heç nə öyrənə bilmərik. Müasir, texnologiyanın inkişaf etdiyi dövrdür. Doğrudur, Azərbaycanda distant təhsil qəbul edilmir,amma xaricdə bu təhsil formasıyla universitet bitirənlər var. Distant, onlayn təhsil qiyabi təhsildən qat-qat üstün və rahatdır”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı onlayn kurs rəhbəri Toğrul Bayramlı bildirib. Onun sözlərinə görə, onlayn kurslarda da məsuliyyət əsasən, öyrənən şəxsin üzərinə düşür:

“Bizə müraciət edəndə, “Zəmanət verirsiz”, “Müəllim neçə aya məni öyrədəcəyinə söz verir?” kimi suallar verirlər. Belə bir qayda yoxdur. Əgər tələbə özü öyrənmək istəməsə, məsuliyyətli olmasa, müəllimin hər hansı dili tələbənin beyninə daxil etməsi üçün xüsusi “direl”i yoxdur. Elə vaxt olur ki, müəllim deyilən vaxtda oturub tələbəni gözləyir,amma o, dərsə qoşulmur. Bu, artıq tələbənin məsuliyyətsizliyindən irəli gəlir. Əgər əvvəldən məlumat verməyibsə, xüsusi bir hal baş tutmayıbsa, dərsə qoşulmalıdır. Tələbə vaxtında verilən tapşırıqları məsuliyyətlə yerinə yetirərsə, onlayn və real kurs olmağından asılı olmayaraq yaxşı nəticə görmək olar. Ümumilikdə isə, göstəricilərin50%-i müəllimdən, 50% tələbədən asılıdır”.

“Onlayn kurslar daha çox xarici dillər üzrə faydalıdır. Çünki xarici dil daha çox danışıq üzərindən olduğu üçün görüntü o qədər də önəm daşımır. Əsas odur ki, səsdə problem olmasın. Müxtəlif kurslara qoşulanlar olur,hətta kompüter proqramlarını öyrənmək, sürücülük kurslarına görə də müraciət edirlər. Realda hər bir kursun onlayn versiyası təşkil olunur. Gülməli çıxa bilər, amma ofisiant və ya barmenlik üçün kurslar lazım olsa belə təşkil edə bilərik. Elə şəxslər var ki, ya regionda yaşayır, ya da vaxtı yoxdur deyə,onlayn kurslara qoşulurlar. Həm də onlayn kursların qiyməti real kurslardan fərqlənir.  Onlaynda fərdi dərslər real kurslardakından 2-4 dəfə  ucuz olur. Məsələn, axşam 6-7 də işdən çıxanlar kursa getməyə çatdırmırlar. Axşam rahat istirahət etdikdən sonra saat 9-11-də kursa qoşula bilirlər”, deyə T.Bayramlı qeyd edib.

Kurs rəhbəri qiymətlərlə bağlı sualımıza cavab olaraq bildirib ki,ortalama qiymətləri müəyyən edərkən real qiymətlərlə müqayisə edirlər:

“Real kurslarla müqayisədə qiymət fərqi çoxdur. Fənlər üzrə həftədə 2 dəfə ayda 8 saatlıq dərslərdə qiymət aylıq  44manatdan başlayır. Sistemi elə qurmuşuq ki,saata görə tələbədən ödəniş alırıq. Tələbə ay ərzində 20 saat dərs istəsə, buna uyğun ödənişi hesablayırıq. Fərdi dərslər olduğu üçün, müəllim və tələbənin ortaq rahatlığı hesablanır. Müəllim və tələbənin boş olduğu saatlar müəyyənləşdirilir, ortaq vaxt təyin olunur. Saathesabı bizdə ən aşağısı 5.50 manatdan hesablanır. Bu, fənlərə və bəzi kurslara görə dəyişir”.

T.Bayramlı onlayn kurslara daha çox kimlərin müraciət etdiyindən də danışıb:

“Müraciət edənləri 3 kateqoriyaya bölmək olar: işləyənlər, məsafə uzaqlığına görə müraciət edənlər - məsələn, bizə Kanada, Çin,Rusiya, Almaniya, Gürcüstan, İtaliya və başqa ölkələrdə yaşayanlar müraciət ediblər. İngiltərəyə gedib dili yaxşı bilmədiyi halda bizim dili bilməyən müəllimdəndərsi yaxşı öyrənə bilmir. Belə kurslar həm də qiymət baxımından onlara sərf edir.

Üçüncü  kateqoriya isə ödənişin azlığı baxımından müraciət edənlərdir. Elə şəxslər var ki, maddi imkanları yetərli olmur. Ailə durumu ilə bağlı kursa gələ bilməyənlər də onlayn kurslara qoşulurlar:

Digər kurslardan fərqlərə gəlincə isə o əlavə edib ki, əsas fərq qiymətdədir:

“Həmçininonlayn kurslarda fərdi dərslərə üstünlük verilir. Müştəri yol qət etmir, buna  məbləğ və vaxt sərf etmir. Bu da  vaxtı müəyyənləşdirmək sarıdan, həm müəllimə, həm də tələbəyə sərf edir.

Real kurslarda hər hansı probleminiz olsa, bir həftə dərsə gedə  bilməsəniz, o zaman hər hansı dərsdən geri qalırsınız. Amma onlayn kurslarda əvvəldən xəbərdarlıq edərək, başqa vaxta keçirə bilirsiniz. Ödəniş sistemi də asandır. Həm MilliÖn, E-manat vasitəsilə, həm də plastik kartınız olduğu halda onlayn sistemlə ödəniş edə bilərsiniz. Tələbə evdə oturaraq, həm ödənişi edib,həm də kursa yazıla bilər. Həmçinin müəllimlərdə eyni qayda ilə həm dərslərini keçib, həm də ödənişlərini ala bilərlər. Məsələn, hər hansı şəxs fərdi şəkildə ingilis dilinə hazırlaşırsa, aylıq 100 manat ödəniş edir. Həftədə azı iki dəfə kursa gedirsə, bu zaman 1.20 qəpikdən ayda təxminən 5 manat nəqliyyata pul xərcləyir. Elə bil ki, 105 manat aylıq kursa verir. Bizdə  isə 105 manat həmin kursun 2 aylıq qiymətidir. Yaxşı nəticələr əsasən 3 ay ərzində əldə olunur. Bunu müəllimlər hər biri öz fənninə görə müəyyən edə bilər. Ortalama olaraq 3 ay bəs edir. Onlayn kurs haqda da məlumat vermək, tələbəni dərs metodu, müəllimlə tanış etmək üçün ilk dərslər həmişə pulsuz olur”.

Onlayn kursda rus dili müəllimi olan Sevinc xanım bildirib ki, artıq 5 ildir “skype”-la dərs keçir:

“Burada dərsin mənimsənilməsi 50% müəllimdən, 50% tələbədən asılıdır. Təcrübəmdən görürəm ki, tələbə məsuliyyətlidirsə, məqsədli şəkildə başlayırsa 3 aya böyük effekti olur, dili tez öyrənir. Hansı tələbə ki, hələ vaxtım var, öyrənərəm deyirsə, verdiyim tapşırıqları etmirsə onlar da bu müddət uzun çəkir. Mən həmişə tələsdirirəm ki, 4-5 aya kursu bitirsinlər. Məndə ən gec bitirən tələbənin kurs müddəti 6 ay çəkib. 3 aya tam kitabı bitiririk, sonrakı 1-2 ayı isə danışığa üstünlük veririk. Tələbələr müxtəlifdir.Verdiyin tapşırıqdan artığını edən tələbə kursu 2 aya da bitirə bilər. Düzdür, müəllimə də tələbkar olmalıdır. Bizdə daha çox 25-30, hətta 35 yaşda tələbələr var. Tələbat var, onlayn kursları çox bəyənirlər. Əksəriyyəti deyir ki, işdən çıxandan sonra vaxtımız olmur,yolda tıxaclar olur. Ona gör də onlayn kurslara üz tuturlar. Bizim tələbələrin çoxu başqa ölkələrdəndir. Onlara da bu kurslar çox sərf edir. Məsələn, Rusiyadan tələbələrimiz çoxdur”.