Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 14:06:00
Qəbul imtahanlarında yenə dəyişiklik olacaq, maksimal nəticə gözləmirəm! - Ekspert

ll və lll ixtisas qrupları üzrə keçirilən imtahanların nəticələri dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan olundu.

 

Son illərdə keçirilən ali təhsil müssisələrinə qəbul imtahanlarında maksimum nəticələrin olmamaması və abituriyentlərin aşağı nəticə göstərməsi xeyli müzakirələrə səbəb olur.

 

Bəziləri bunun günahkarı olaraq Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi sualları, digər bir qisim məktəbdə verilən təhsili, bəziləri isə artıq uşaqlarda oxuma həvəsinin olmadığını qeyd edir.

 

Bəs ali təhsil müəssilərinə qəbul imtahanlarında maksimum nəticə olmaması həqiqətən də təhsilin keyfiyyətinin aşağı düşməsindən irəli gəlirmi?

 

Mövzu ilə bağlı AzEdu.a-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi ötən gün açıqlanan qəbul imtahanlarının nəticələrinə münasibət bildirib.

 

“Dünən ll və llI qrupların imtahan nəticələri açıqlandı.Və məlumdur ki, bu imtahanlarda da maksimal nəticə göstərən olmadı. Amma bu onu deməyə əsas vermir ki, ümumi göstəricilər də aşağıdır. Qeyd edim ki, bir abituriyentin maksimal nəticə göstərib-göstərməməsi ümumi göstəricilərin yaxşı və ya pis olmasına əsas gətirmir. ll və lll ixtisas qrupları üzrə müqayisə aparsaq, blok imtahanına görə daha yaxşı nəticənin lll qrupda olduğunu deyə bilərik. Baxmayaraq ki, ən yüksək nəticə ll qrupda oldu, lll ixtisas qrupunun iştirakçıları arasında yaxşı nəticələr daha çox idi”.

 

Ekspert növbəti illərdə bəzi fənlərdə dəyişiklik olacağını diqqətə çatdırıb:

 

“Qəbul imtahanları yeni formatda keçirildiyindən son illər yüksək nəticə göstərən abituriyentləri görmürük. Yeni formata abituriyentlər hələ ki uyğunlaşa bilmirlər. Bəlkə də növbəti illərdə abituriyentlər yeni tərtibata uyğunlaşacaq və maksimal nəticələr görə biləcəyik. Amma buna o qədər də ümidli deyiləm. Növbəti ildəki imtahanlarda xarici dil və Azərbaycan dili fənnlərində müəyyən dəyişikliklər olacaq. Ona görə də nə zamansa maksimum nəticə olacağını düşünmürəm”.