Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 09:53:00
Çox aşağı bal toplayanlar qəbul imtahanının 2-ci cəhdinə buraxılacaq? 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri dünən açıqlandı.

 

Nəticələri açıqlanan abituriyentlərin ən çox verdikləri suallardan biri, aşağı nəticə göstərən imtahan verənlərin qəbulun 2-ci cəhdində iştirak etmə hüququnun olub-olmamasıdır.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, abituriyentlər 1-ci cəhddə topladıqları baldan asılı olmayaraq iyunun 20-dək qeydiyyatdan keçib ikinci cəhddə də iştirak edə bilərlər.

 

Qeyd edək ki, qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün 40 manat ödəniş tələb olunur. Bundan başqa, əlavə altqrup imtahanında itirak üçün 10 manat ödəniş etmək vacibdir.

 
Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan) üzrə 9 iyul , I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu (o cümlədən I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan) üzrə isə 23 iyulda keçiriləcək.