Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 13:22:46
MİQ-dən keçən bəzi müəllimlər təyin olunduğu məktəbdən İMTİNA EDİR

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin işə qəbul (MİQ) müsabiqəsində uğur qazanan bəzi namizədlərin sonradan iş yerindən - təyinat aldığı məktəbdən imtina etməsindən danışıb.

AzEdu.az-ın məlumatına görə, N.İsmayılbəyli bildirib ki, MİQ-in həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlərin sonra iş yerindən imtina etməsi Elm və Təhsil Nazirliyinin manevr imkanlarına mane olur.

Onun sözlərinə görə, belə olan halda Nazirlik bilik və bacarıqları daha aşağı olan şəxsi müddətli əsaslarla işə götürmək və növbəti il yenidən həmin yeri vakansiyaya çıxarmaq məcburiyyətində qalır:


"Bu prosesdən də ən çox əziyyət çəkən şagird olur. Çünki hər il yeni bir müəllimlə tədrisə davam edir. Digər tərəfdən, qeydiyyatdan keçib imtahanlarda iştirak etməyənlər də çoxdur. Məsələn, ötən il MİQ üzrə 54 minə yaxın namizəd qeydiyyatdan keçsə də, 10 minə yaxını imtahanda iştirak etməyib".