Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 12:41:00
Sertifikatlaşdırma üçün staj müddəti azaldıla bilər - Nazirlik rəsmisi

"Təhsilverənlərin sertifikatlaşdırma prosesində tələb olunan staj müddəti azaldıla bilər".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.

 

Onun sözlərinə görə, Milli Məclisdə bununla və yaş həddi ilə bağlı müzakirələr aparılır:


Əgər qərar qəbul olunarsa, ilk dəfə işə başlayan müəllimin staj müddəti üç ilə endiriləcək. Yəni onlar işə başlayandan 3 il sonra sertifikasiyaya cəlb olunacaqlar.

Şöbə müdiri bildirib ki, cari ildə müəllimlərin sertifikatlaşdırılması 13 şəhər üzrə 31 mərkəzdə baş tutacaq. Prosesə 8500 müəllimin qoşulması gözlənilir.


Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub.