Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 12:30:24
34 mindən çox müəllim sertifikasiya imtahanı verəcək

"Bu il təhsilverənlərin sertifkatlaşdırmada iştirakı üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib".

 

AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

 

Onun sözlərinə görə, müəllimlərə mayın 18-də test imtahanı məlumatları göndərilib.


Sertifikatlaşdırmanın test imtahanı mərhələsi iyunun 20 və 24-də həyata keçiriləcək: 


"Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub".


E.Bağırov bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dair bütün ölkə üzrə 30 min müəllimlə görüşlər keçirilib, müəllimlərə prosesin təşkili və qiymətləndirmə çərçivəsi ilə bağlı məlumatlar təqdim olunub. 


Nazirlik rəsmisi deyib ki, ötən il sertifikatlaşdırılmada 8751 müəllim iştirak edib. 3127 müəllim prosesdən uğurla keçib və 2022-ci ilin sentyabr ayından etibarən onların əməkhaqqına 35 faiz əlavələr edilib. 5624 müəllim isə 10 faiz həcmində əlavə alır.