Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-06 10:46:00
Ali məktəblərə builki qəbul planı və yerlərin sayı - DİM-dən AÇIQLAMA

Məlum olduğu kimi, artıq bütün ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci cəhdi keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) ümumilikdə qeydiyyatdan 109207 abituriyentin keçdiyi bildirilmişdi. 

Bu il ali məktəblərin plan yerlərinin ötən illə müqayisədə artdığı bildirilir.


Plan yerləri nə zaman açıqlanacaq?

 

AzEdu.az bu sualla Dövlət İmtahan Mərkəzinə (DİM) müraciət edib.


DİM-in Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə
 saytımıza açıqlamasında bildirib ki, plan yerləri ilə bağlı Nazirlər Kabineti tərəfindən hələ ki yekun siyahı təqdim olunmayıb:

 

"Yerləri Nazirlər Kabineti müəyyən edir. Yekun siyahı təqdim olunandan sonra ictimaiyyətə açıqlanacaq. Elan olunması barədə dəqiq tarix demək hələ mümkün deyil."