Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 16:21:00
Diqqət! - Abituriyentlərin psixoloji hazırlığı üçün nələr edilməlidir? - RƏY   

"Abituriyentlərin psixoloji hazırlığı imtahanlar ərəfəsində aktuallaşır, çünki cəmiyyət bu barədə maariflənməyə açıq deyil. Toplumun bir qismi üçün sadəcə göstəricilər önəmlidir. Zəif göstəricilər isə cəmiyyətdə müsbət qarşılanmır".

Bu barədə AzEdu.az-a psixoloq Əfsanə Rüstəmova abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığından danışarkən bildirib. O qeyd edib ki, cəmiyyət bu mövzuda stereotipləri yeniləməlidir:

Psixoloq | Psixoloq.az - "Müsbətə köklənin, bu halda immun sistemi də  güclənir"-Psixoloq Əfsanə Rüstəmova

"Ümumiyyətlə, abituriyentlərin 1-ci sinifdən 11-ci sinfə qədər yetişdirildiyi mühit dəyişməlidir. 11 il uşaqları təzyiq altında böyüdüb, sonradan onlara "Oxumaq özünüzə lazımdır" deyirik. Bu isə yumşaq desək, inandırıcı amil deyil. Bəlkə də, struktur, motivasiya dəyişməlidir ki, abituriyent intiharı gündəmə gəlməsin. Uşaqları 11 il yarış atı kimi hazırlayanda nəticə ürəkaçan olmur. Bəzən valideynlər də çətin duruma düşürlər. Tutaq ki, valideynin övladından gözləntisi olmur, amma abituriyent toplumun, dost-tanışın qınağına tuş gəlməsin deyə gərginləşir. Yoldaşlarından 5-10 bal az yığdığına görə hesab edir ki, onun reputasiyası aşağı düşür. Bu mənada bəzən də valideyn basqısı olmadan da onlar intihara əl ata bilirlər.

11 il ərzində beynə yeridilən ideologiyanı dəyişdirmək mürəkkəb məsələdir. Amma yenə də bu sayaq maarifləndirici yazıları davam etdirsək, az-çox nəticə əldə etmək mümkündür. Sadəcə sözdə deyil, əməldə də abituriyentlərə onlardan heç bir gözləntimiz olmadığını təlqin etməliyik. Onları buna inandırmalıyıq. Burada valideyn, müəllim və cəmiyyətin aydın yanaşması vacibdir. Prosesə kompleks yanaşa bilməsək, problem "metastaz" verə bilər. İmtahan ərəfəsində valdideynlər stressə düşməsinlər. Onlar təmkinli davransalar, abituriyentlər də imtahana psixoloji hazır uğurlanacaqlar".