Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 12:31:44
İranda saxlanılan azərbaycanlı tələbədən yeni xəbər var

Xarici işlər naziri Ceyhun Bayramov İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfrli barədə danışıb.

AzEdu.az xəbər verir ki, C.Bayramov bu gün jurnalistlərə açıqlamasında bildirib ki, hadisə baş verdikdən dərhal sonra nota təqdim edilib.

“Həmin şəxsin taleyi barədə məlumat almağımız kifayət qədər uzun çəkdi. Həmin tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”,- deyə nazir əlavə edib.

 
C.Bayramov xatırladıb ki, yanvar ayının sonunda Azərbaycan vətəndaşlarına İrana səyahət xəbərdarlığı edib.