Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 12:18:00
Məktəblilərimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi tərəfindən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Müsabiqədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan 30-a yaxın şagird iştirak edib.

 

ARTİ-dən AzEdu.az-a verilən məlumata görə, beynəlxalq olimpiadanın 1-ci mərhələsi mayın 31-də, ikinci mərhələsi isə iyunun 1-də keçirilib. 4 məktəbli ilə yarışda təmsil olunan komandamızın bütün üzvləri adlarını qaliblər siyahısına yazdırıb.

 

Belə ki, TDV (Türk Dəyanət Vəqfi) Bakı Türk Liseyinin 8-ci sinif şagirdi Zəhra İbişova gümüş, Kimya-biologiya təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdi Rəfiqə Qəmbərova bürünc, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdi Davud Tarverdili bürünc, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 8-ci sinif şagirdi Fərhad Hüseynov isə bürünc medal qazanıb.