Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-05 10:58:28
BMU tələbələri “SOCAR Polymer” şirkətində olublar

Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup tələbəsi “SOCAR Polymer” şirkətində sahə gəzintisində olublar.

 

AzEdu.az xəbər verir ki, BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkil etdiyi gəzintidə universitetin "Society of Chemical Engineers" klubunun üzvləri iştirak ediblər.

 

Ekskursiyadan əvvəl şirkətin zavodları və onların istehsal prosesləri haqda məlumatlandırılan tələbələrə gəzinti zamanı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə təlim keçirilib, təhlükəsizlik və istehsalatda düzgün davranış qaydaları izah olunub.

 

Şirkətin analiz laboratoriyası ilə tanış olan ekskursiyacılar istehsal mərhələlərini, o cümlədən xammal, aralıq məhsulu və son məhsulun keyfiyyət analizlərini, həmçinin hazır məhsulun avtomatlaşdırılmış paketlənmə prosesini, polipropilenin və yüksək sıxlıqlı polietilenin istehsal prosesinin izləyiblər.