Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-04 16:13:00
İnformatika fənninin sualları çətin olub? - DİM rəsmisi

Məlum olduğu kimi, bu gün Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. Bu il ilk dəfə olaraq qəbul imtahanına informatika fənni daxil edilib. Bir çox abituriyent informatika fənni üzrə düşən sualların çətin olduğunu iddia edir.

 

AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı DİM-in orta təhsil şöbəsinin müdiri Murad Əliyev fikir bildirib:

 

"İnformatika fənni bu il ilk dəfədir ki, qəbul imtahanına daxil edildi. Normal olaraq, digər dəyişikliklərdə olduğu kimi buna da öyrəşmək vaxt alacaq. Lakin, sınaq imtahanlarında da müşahidə etdik ki, imtahan iştirakçıları elə də böyük çətinlik yaşamayıb. 

 

Sualların çətinliyinə gəldikdə isə tapşırıqlar həm asan, həm orta, həm də mürəkkəb əsaslı tərtib olunur. Elə sual var ki, abituriyetin onu cavablandırmağa sərf etdiyi vaxt yarım dəqiqədir, eləsi də var ki, bir dəqiqəyə cavabı tapılır. Düşünürəm ki, sualların cavablarının izahı yerləşdirəndə hər kəs tapşırıqların çətinlik səviyyəsini özü ölçə biləcək."